“Azərbaycanda türk malları ucuzlaşa bilər” – Deputat ANONS verdi

“Türkiyə lirəsi dəyər itirməkdə davam edir. Milli valyutası ABŞ puluna nisbətən mart ayına 7.3 məzənnəsi ilə başlayan Türkiyədə hazırda 1 dollar almaq üçün 8.26 lirə ödəmək lazımdır.  Bu o deməkdir ki, lirə yalnız son bir ayda 13 faiz ucuzlaşıb. Bu arada qardaş ölkədə infilyasiya səviyyəsi 15.6 faiz yüksəlib. Lirənin uculaşması fonunda istehlak bazarında da qiymət artımları müşahidə edilir”. 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında bildirib. 

Onun sözlərinə görə, bütün bunlara rəğmən, son illər lirənin ucuzlaşması fonunda Türkiyənin ümumi ixracatının artması qeydə alınıb:

“Ötən il Türkiyə ixracatı 169.5 milyard dollar olub. Son 4 ildə qonşu ölkənin ixracatı 18.8 faiz artıb. Güclü dollar fonunda ucuzlaşan Türkiyə lirəsi yerli məhsulları xarici bazarda daha rəqabət qabiliyyətli edib. Lirənin ucuzlaşması Türkiyə ilə iqtisadi əlaqələrimizə xüsusi təsir etməsə də güman olunur ki, bu, qonşu ölkədən idxalı artıra bilər.

4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.
 

2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub.


Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub”. 

Deputat 2017-ci ildən etibarən Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olduğunu vurğulayıb:
 

“2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır.


Bu baxımdan, qardaş ölkə ilə ümumi ticarət dövriyyəmizdə xüsusi azalma gözlənilmir. Bununla yanaşı, lirə dəyər itirməkdə davam edərsə və qardaş ölkədə istehsal xərcləri milli valyutada kəskin artmazsa o zaman Azərbaycanda da türk malları ucuzlaşa bilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ustaları təngə gətirən ÇİN MAŞINLARI: “Ehtiyat hissələri çatdıra bilmirik”

Ustaları təngə gətirən ÇİN MAŞINLARI: “Ehtiyat hissələri çatdıra bilmirik”

Kredit borcu bu halda silinə bilər

Kredit borcu bu halda silinə bilər

Qocalar evində partlayış – 2 ölü var – VİDEO

Qocalar evində partlayış – 2 ölü var – VİDEO

Liviyada 3 günlük matəm elan olundu

Liviyada 3 günlük matəm elan olundu

Daha iki kəndə NÖVBƏTİ KÖÇ

Daha iki kəndə NÖVBƏTİ KÖÇ

BİZİM TƏQVİM:24 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:24 dekabrda baş vermiş tarixi hadisələr

İlin ƏN YAXŞISI seçildi

İlin ƏN YAXŞISI seçildi

"Həmin qız mənim paltarımda gəlin köçdü"

"Həmin qız mənim paltarımda gəlin köçdü"

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

"Mançester Yunayted"in 7 HƏDƏFİ

"Mançester Yunayted"in 7 HƏDƏFİ

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

End of content

No more pages to load

RADİO