İngiltərə-İsveç şirkəti “AstraZeneca”nın COVID-19 əleyhinə olan peyvəndinin adı martın 25-də dəyişdirilərək “Vaxzevria” adlandırılıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Dərman Vasitələri Agentliyinin (EMA) saytında məlumat verilib.
Qeyd olunur ki, ad dəyişikliyi özüylə başqa heç bir yenilik gətirməyəcək.
''Məhsul haqqında məlumatın, etiketlənməsi və qablaşdırılması fərqli görünə bilər''- deyə qeyd edilib.
Bizim.Media