Avropa Şurasının komissarı Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşdü - FOTO

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatovic oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət edib, İcma rəhbərliyi və Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüş keçirib.

Bizim.Media xəbər verir ki, İcmanın Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov və digər rəhbər şəxslərlə keçirilən görüş zamanı azərbaycanlıların Ermənistandan zorla qovulması barədə geniş məlumat verilib, bu insan hüquqları pozuntusu ilə bağlı beynəlxalq ictimaiyyətin təcili tədbir görməli olduğu vurğulanıb.

İcma nümayəndələri Ermənistanın oradan azərbaycanlıları qovmaqla və onların geri qayıtmasına əngəl törətməklə beynəlxalq hüququ, o cümlədən Avropa Şurasının İnsan hüquqları konvensiyalarını kobud şəkildə pozduğunu diqqətə çatdırıblar.
Bu baxımdan Avropa Şurasının Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçilərinin və İnsan hüquqları komissarının məsələ ilə məşğul olmalarına böyük zərurət yarandığı qeyd edilib, qayıdış hüququ məsələsində etnik əsasda ayrı-seçkiliyin yolverilməz olduğu vurğulanıb.

İcma nümayəndələri bildiriblər ki, Qərbi Azərbaycan İcması məsələnin sülh və ədalətli həlli üçün Ermənistan hökuməti ilə dialoqa hazırdır. İcma xanım Miyatoviçi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə, o cümlədən baş vermiş pozuntularla bağlı qərəzsiz araşdırma aparmağa, Ermənistana tematik səfərlər təşkil etməyə və bu dövlətə təzyiq göstərməyə çağırıb.

Daha sonra Miyatovic Ermənistandan olan bir qrup azərbaycanlı qaçqın ilə görüş keçirib.

Qaçqınlar Ermənistandan zorla çıxarılma ilə bağlı xatirələrini bölüşüb, orada azərbaycanlılara məxsus qəbiristanlıqların, tarixi abidələrin dağıdılması, deportasiya zamanı 200-dən artıq azərbaycanlının öldürülməsi kimi faktları diqqətə çatdırıblar. Vedi rayonundan olan professor Gülçöhrə Məmmədova, Böyük Qarakilsədən olan Əli Eyvazov və digərləri azərbaycanlılara qarşı törədilmiş müsibətlər haqqında ətraflı məlumat veriblər.

Basarkeçər rayonundan olan İcmanın Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov bildirib ki, Ermənistandan qovulmuş azərbaycanlılar 35 ildir qayıdışı gözləyirlər.

Vətənsiz keçən hər bir günün qaçqınların iztirablarını daha da artırdığını qeyd edən natiq Ermənistandan azərbaycanlıların qovulmasının üstündən xeyli vaxt keçib deyərək, bu məsələni ikinci plana keçirməyin qəbuledilməz olduğunu vurğulayıb.
Xanım Miyatoviç qaçqınların, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun əhəmiyyətini başa düşdüyünü qeyd edərək, bu məsələnin həllinin siyasi iradə tələb etdiyini bildirib. O, öz mandatı və regiona səfərinin məqsədləri barədə məlumat verib. Həmçinin qaldırılan məsələlərlə öz səlahiyyətləri çərçivəsində məşğul olacağını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

End of content

No more pages to load

RADİO