DTX Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı oldu - FOTO+VİDEO

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şəhər idarəsinin (Şİ) yeni inzibati binasının təntənəli açılışı olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi yayıb.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin kollegiya üzvləri, İdarənin şəxsi heyəti və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. 

 

MÖVZU İLƏ BAĞLI:

Təhlükəsiz sabahın zəmanəti - Məxfi qəhrəmanların Qarabağ şücaəti...

 

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılmış abidəsinin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Gəncə Şİ-nin müasir üslubda və tələblərə uyğun inşa edilmiş yeni inzibati və yaşayış binalarından, eləcə də təsərrüfat təyinatlı tikililərdən ibarət kompleksin açılış mərasimi keçirilib.

Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları inzibati binanın foyesində müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə ehtiramlarını bildirərək, abidəsi önünə gül dəstələri qoymuşlar.
 

Həmçinin Xidmət rəisi və digər iştirakçılar Ümummilli Liderin və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlər, inzibati binanın otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olublar.


DTX-nin kollegiya üzvlərinin, Gəncə Şİ-nin və digər ərazi orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir və günbəgün daha da qüdrətlənir.

Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad edib, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazıb.

 

Dövlətimizin başçısı tərəfindən xüsusi xidmət orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev, DTX Gəncə Şİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının növbəti bariz göstəricisi olduğunu qeyd edib.


Xidmət rəisi Gəncə Şİ-nin əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Xidməti müşavirədə DTX Gəncə Şİ-nin və ətraf rayon şöbələrinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulub, tələb və tövsiyələr çatdırılıb.

Sonra xidmətdə fərqlənən əməkdaşların mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri elan olunub və həmin hərbi qulluqçulara təltiflər təqdim edilib.

Sonda general-polkovnik Əli Nağıyev Gəncə Şİ-nin əməkdaşlarını bir daha təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bugünədək Livanda öldürülənlərin SAYI

Bugünədək Livanda öldürülənlərin SAYI

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

End of content

No more pages to load

RADİO