UNEC DAAD-nin regionda ən böyük layihəsinə start verib



Noyabrın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi”x9d layihəsinin açılışı olub.

4 ili əhatə edəcək layihə UNEC-lə Almaniyanın Siegen Universitetinin tərəfdaşlığı və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Baş Ofisinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Layihəyə uyğun olaraq, Almaniya və Azərbaycanda yay və qış məktəblərinin təşkili, maliyyə, biznes planlaşdırılması, sahibkarlıq, innovasiya menecmenti, loqistika, e-kommersiya, risklərin idarə olunması və s. mövzularda təlimlərin keçirilməsi, hər iki universitetin professor-müəllim və inzibati heyətinin iştirakı ilə Bakıda və Siegendə seminarların aparılması nəzərdə tutulur. Eyni zamanda hər il 4 doktorantın bir aylıq tədqiqat təcrübəsində iştirakı, gənc alimlər arasında “Biznes plan”x9d müsabiqəsinin keçirilməsi, “Məsləhətçi Maliyyə Klubları”x9dnın yaradılması da layihə çərçivəsində həyata keçiriləcək. Klub tələbə, magistr və doktorantların məsləhətçi kimi formalaşmasına, eləcə də Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçməsinə şərait yaradacaq.


Layihənin UNEC-də təşkil olunan açılış mərasimində Siegen Universitetinin müəllim və 11 tələbəsi ilə birlikdə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri, Alman-Azərbaycan Ticarət Palatasının sədri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) proqram rəhbəri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi, Odlar Yurdu Universitetinin rektoru, Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Erasmus+ milli ofisinin nümayəndəsi də iştirak edib.

Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov hər iki universitet arasında əlaqələrin davamlı inkişaf etdiyini, aktiv müəllim-tələbə mübadiləsinin həyata keçirildiyini bildirib. UNEC-lə Siegen Universiteti arasında yay və qış məktəbinin uğurlu təşkilindən söz açan rektor, 4 illik layihənin hər iki universitet arasında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Ə.Muradov layihənin Azərbaycanda sahibkarlıq və biznes təhsilinin təkmilləşdirilməsi sahəsində mühüm rol oynayacağını da bildirib. O, layihənin UNEC tələbələrinin əmək bazarına daha yaxşı hazırlanması baxımından əhəmiyyətini, eləcə də onlarda yeni iş yerləri yaratmaq təcrübəsi formalaşdıracağını qeyd edib. Ə.Muradov birgə magistratura proqramının həyata keçiriləcəyini layihənin ən mühüm töhvələrindən biri olacağını bildirib.


Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Ştefani Düfo (Steffanie Dufaux) bu tipli layihənin Azərbaycanda ilk dəfə həyata keçirildiyini və xa0bunun DAAD tərəfindən regionda maliyyələşdirilən ən böyük layihə olduğunu qeyd edib. O, layihənin hər iki universitetlə yanaşı, həm də Almaniya və Azərbaycan ali təhsil sistemini bir-birinə yaxınlaşdıracağını bildirib.

Siegen Universiteti rektorunun beynəlxalq strateji əməkdaşlıq üzrə müşaviri doktor Ulrix Eberdhat (Ulrich Eberhardt) hər iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın tarixindən bəhs edib. Layihənin universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb.

Sonra Siegen Universitetinin departament rəhbəri, professor Petra Muq (Petra Moog) layihənin məzmunu, məqsədi, 4 il ərzində həyata keçiriləcək tədbirlər, eləcə də layihənin reallaşdırılması və maliyyələşdirilməsi mexanizmi barədə ətraflı məlumat verib. Layihənin hazırlanması və icrasına göstərdiyi dəstəyə görə UNEC rəhbərliyi və digər tərəfdaşlara minnətdarlığını bildirib.

Tədbirdə tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb. Sonda Siegen universitetinin qış məktəbində təhsil alan UNEC tələbələrinə sertifikatlar təqdim olunub.


Qeyd edək ki, layihəyə uyğun olaraq, oktyabrın 26-da Siegen Universitetində UNEC-in 9 nəfərlik nümayəndə heyətinin də təmsil olunduğu rəsmi açılış mərasimi keçirilib. Layihənin İşçi Qrupunun ilk iclasında layihənin idarə edilməsi məsələləri, 4 il ərzində həyata keçiriləcək tədbirlər, gələcəkdə kurrikulumların uzlaşdırılması və digər texniki-təşkilatı məsələlər müzakirə edilib. UNEC-in gənc müəllimləri və doktorantları Siegen Universitetinin müvafiq departamentlərini təmsil edən professorlarla görüşüb və gələcəkdə Almaniyada tədqiqat aparmaq istədikləri mövzular üzrə müzakirələr aparıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Liderlər və birinci xanımlar “Ark” qalasında

Liderlər və birinci xanımlar “Ark” qalasında

Günəş sistemi ilə bağlı sirri açıldı: Yer əslində necə yaranıb? - ŞOK ARAŞDIRMA

Günəş sistemi ilə bağlı sirri açıldı: Yer əslində necə yaranıb? - ŞOK ARAŞDIRMA

Prezidentlər və birinci xanımların İsmayıl Samani türbəsini ziyarətindən VİDEO

Prezidentlər və birinci xanımların İsmayıl Samani türbəsini ziyarətindən VİDEO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

İllərdir itkin hesab edilirdilər... – Vətənlərinə belə qayıtdılar – FOTO

İllərdir itkin hesab edilirdilər... – Vətənlərinə belə qayıtdılar – FOTO

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Beyni qoruyan qida:Bitki mənşəli zülalla zəngin 3 faydalı məhsul

Beyni qoruyan qida:Bitki mənşəli zülalla zəngin 3 faydalı məhsul

Dostluqdan müttəfiqliyə, müttəfiqlikdən əbədiyyətə: Azərbaycan-Özbəkistan münasibətlərində YENİ TARİX

Dostluqdan müttəfiqliyə, müttəfiqlikdən əbədiyyətə: Azərbaycan-Özbəkistan münasibətlərində YENİ TARİX

34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı

34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı

Xələf Xələfova AĞIR İTKİ – FOTO

Xələf Xələfova AĞIR İTKİ – FOTO

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

Adapter daim elektrikə qoşulu qalarsa, nə baş verər?

Adapter daim elektrikə qoşulu qalarsa, nə baş verər?

Bakı metrosunda qatarların hərəkət intervalı azaldılacaq? – RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qatarların hərəkət intervalı azaldılacaq? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ƏMƏLİYYAT – Qaçaq yolla gətirilən narkotik belə aşkarlandı – VİDEO

Azərbaycanda ƏMƏLİYYAT – Qaçaq yolla gətirilən narkotik belə aşkarlandı – VİDEO

Uzunsov telefonlar populyarlığını itirir— Bu modellər yenidən dəbə qayıdır

Uzunsov telefonlar populyarlığını itirir— Bu modellər yenidən dəbə qayıdır

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi – FOTO

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi – FOTO

“Qırmızı Körpü”də ƏMƏLİYYAT – Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı – FOTO

“Qırmızı Körpü”də ƏMƏLİYYAT – Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı – FOTO

Evinizin sərin olmasını istəyirsinizsə işıqlandırmanı düzgün seçin: Ağ, yoxsa sarı?

Evinizin sərin olmasını istəyirsinizsə işıqlandırmanı düzgün seçin: Ağ, yoxsa sarı?

Biznesini başqa ölkələrə köçürənlərin DİQQƏTİNƏ - Bu halda fəaliyyətiniz bloklanacaq

Biznesini başqa ölkələrə köçürənlərin DİQQƏTİNƏ - Bu halda fəaliyyətiniz bloklanacaq

Tovuzda AĞIR QƏZA – Xəsarət alan var

Tovuzda AĞIR QƏZA – Xəsarət alan var

İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU

İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU

Suriyada partlayış olub - Ölən və yaralananlar var

Suriyada partlayış olub - Ölən və yaralananlar var

Azad edilmiş ərazilərdə 1 829 hektardan çox ərazi minalardan təmizlənib

Azad edilmiş ərazilərdə 1 829 hektardan çox ərazi minalardan təmizlənib

Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ

Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO