“Peyvənd edilənlər də koronavirusu ağır keçirirlər” - HƏKİMDƏN XƏBƏRDARLIQ  

“Covidlə bağlı vəziyyət bu dəfə daha ciddidir! Ehtiyatlı olaq! “

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev  feysbuk hesabında yazıb.

Həkim koronavirus infeksiyasından yaxınlarını itirdiyini qeyd edib və COVİD-19-la müşahidələrini paylaşıb:

1. Daha sürətlə yayılır!

2. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur!

3. Ağciyərləri daha çox zədələyir!

4. İldırımsürətli ağırlaşma verə bilir!

5. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur!

Tövsiyələrim:

1. Ən yaxşısı yoluxmamaqdır!

2. Ona görə də fiziki məsafə saxlayaq! Lütfən! Açıq havada ən azı 1 metr, qapalı məkanlarda ən azı 1,5 metr! Anlayışlı olaq! Bəzən müşahidə edirəm insanlar bir-birinin ağzının içinə girir sanki (

3. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün geyinək! Burun və ağız nahiyəsini tam qapayaq! Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək!

4. Əl ilə görüşməyək! Lütfən! Əl ilə görüşsək nə olacaq? Görüşməsək nə olacaq? Bu stereotiplərdən çıxaq! Bəziləri burnun qurtdalayır, dişlərin qurtdalayır, müxtəlif əşyalara, səthlərə əlinini vurur, bağışlayın məni hətta tualetə gedir əlini yumadan insanlarla əl tutub görüşür! Belə olmaz! Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir bu aralarda!”

5. Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya edək!

6. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq və digərlərini buna təşviq edək!

7. Dövlət tərəfindən ictimai nəqliyyatın sayı artırılsa yaxşı olar. İctimai nəqliyyatda dəhşət çox sıxlıq olur, insanlar bir-birinin ağzına girir!

8. Bəzən yas sahibləri insanlardan inciyir ki, yasıma gəlmədi ( belə olmaz! Anlayışlı olaq! Hətta Coviddən dünyasını dəyişən insanların yasına toplaşırlar! Bəs toplaşanlar yoluxub həyatını itirsə necə olacaq? Daha da qanqaraçılıq olmayacaqmı? Əlbəttə olacaq! Belə hallar olub artıq! Nəticə çıxaraq!

9. Peyvənd edilənlər arxayın olmayın! Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var!

10. Yoluxma sayı günbə-gün artır! Mən sərt karantinin əleyhinəyəm! Amma yoluxma sayı biraz da artsa sərt karantin qaçılmaz olacaq! Sərt karantin istəmiriksə qorunmalıyıq!

11. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Kiyev rus dilinin təsirini azaltmaq üçün XÜSUSİ ŞURA yaradır

Kiyev rus dilinin təsirini azaltmaq üçün XÜSUSİ ŞURA yaradır

İsrail yenə Livanı BOMBALADI...

İsrail yenə Livanı BOMBALADI...

Bütün pulunu brend çantalara xərcləyir - VİDEO

Bütün pulunu brend çantalara xərcləyir - VİDEO

Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!

Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!

Azərbaycanda uşaq bağçasının həyətindən meyit tapıldı

Azərbaycanda uşaq bağçasının həyətindən meyit tapıldı

Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO

Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO

“Qəbələ” – “Qarabağ” görüşündə bərabərlik - VİDEO

“Qəbələ” – “Qarabağ” görüşündə bərabərlik - VİDEO

Lavrov: Ukrayna bu qabiliyyətini itirib ...

Lavrov: Ukrayna bu qabiliyyətini itirib ...

Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə bəzi TƏFƏRRÜATLAR

Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə bəzi TƏFƏRRÜATLAR

Şəmkirdə "Qazel"dən başı kəsilmiş inək tapıldı: 2 nəfər HƏBS OLUNDU

Şəmkirdə "Qazel"dən başı kəsilmiş inək tapıldı: 2 nəfər HƏBS OLUNDU

Gəncədə zavod ərazisində YANĞIN - FOTO

Gəncədə zavod ərazisində YANĞIN - FOTO

İsrail ordusu HƏMAS-ın silah anbarını məhv etdi - VİDEO

İsrail ordusu HƏMAS-ın silah anbarını məhv etdi - VİDEO

Torpağımızı böyük dərəcədə bərbad vəziyyətə salıblar...

Torpağımızı böyük dərəcədə bərbad vəziyyətə salıblar...

İran DÇ-2026-da iştirakla bağlı şərtlərini AÇIQLADI

İran DÇ-2026-da iştirakla bağlı şərtlərini AÇIQLADI

Britaniya Hörmüz boğazına hərbi gəmisini göndərə bilər

Britaniya Hörmüz boğazına hərbi gəmisini göndərə bilər

Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

Prezident Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR

Prezident Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR

Akif İslamzadənin DURUMU: oğlu DANIŞDI

Akif İslamzadənin DURUMU: oğlu DANIŞDI

Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO

Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO

Səngəçalda qazla işləyən elektrik stansiyası DAYANDIRILACAQ

Səngəçalda qazla işləyən elektrik stansiyası DAYANDIRILACAQ

Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm BİNALAR - FOTO

Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm BİNALAR - FOTO

End of content

No more pages to load

RADİO