.14 noyabr 2016-cı ildə, Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai ”“ siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında 17 noyabr Milli Dirçəliş gününün 28-ci ildönümü ilə bağlı KXCP-nin keçirəcəyi tədbirlərə hazırlığın vəziyyəti müzakirə edilmiş, müvafiq tapşırıqlar verilmişdir. KXCP 17 noyabr Milli Dirçəliş günü münasibəti ilə bütün vətəndaşlarımızı və Millətimizi, Dövlətimizi düşünənləri təbrik etmək haqqında qərar qəbul etdi.
Toplantıda ölkədəki sosial - iqtisadi böhran, əsgər ölümləri müzakirə edilərək, vəziyyətin artıq mənəvi - pisxoloji sarsıntı həddinə çatdığı vurğulanmışdır. KXCP ölkədə baş verənlərin idarəetmədəki ciddi problemlərlə bağlı olduğunu vurğulayır və bunların qarşısı alınmazsa, arzuolunmaz nəticələrə səbəb olacağından narahatlığını bildirir.