Novruz bayramında qəza ehtimalı artır - DYP məlumat yaydı

Novruz bayramı ilə əlaqədar 2021-ci il mart ayının 20-dən 29-dək qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli istirahət günlərində şəhər əhalisinin respublikanın müxtəlif regionlarına getmələri, rayonlardan isə kənd sakinlərinin paytaxta gəlmələri ilə bağlı bayram günlərində avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi yüksəlir.

Bununla yanaşı, bəzi sürücülərin tələskənliyi, mövcud hərəkət şəraitini və mövsümi hava şəraitini düzgün qiymətləndirmədən müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevr etmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkənin şəhər və rayonlarından sərnişin daşımalarının dayandırılmasına baxmayaraq, bəzi fiziki və hüquqi şəxslərin, əsasən də Mercedes-Benz Viano və Vito markalı nəqliyyat vasitələri ilə bu fəaliyyətlə məşğul olması, həmçinin sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən yorğun formada uzun məsafəli yolu bir neçə dəfə gedib gəlməsi sonda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən sürücülərə XƏBƏRDARLIQ


Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına, xüsusilə sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi, valideynlərə azyaşlı uşaqları küçələrdə nəzarətsiz qoymamağı tövsiyə edir.

Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisi əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarəti gücləndirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Ucarda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Ucarda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Şamaxıda mənzildə partlayış: xəsarət alan var – VİDEO

Şamaxıda mənzildə partlayış: xəsarət alan var – VİDEO

Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar

Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar

Yanvarın 3-də havanın temperaturu dəyişəcək

Yanvarın 3-də havanın temperaturu dəyişəcək

Rusiyanın Xarkova hücumu nəticəsində 30 nəfər yaralanıb - VİDEO

Rusiyanın Xarkova hücumu nəticəsində 30 nəfər yaralanıb - VİDEO

2026 kimlərə düşərli olacaq?

2026 kimlərə düşərli olacaq?

“Neftçi” bu ölkələrin klubları ilə meydana çıxacaq

“Neftçi” bu ölkələrin klubları ilə meydana çıxacaq

Bakıda binada YANĞIN: Zəhərlənən var

Bakıda binada YANĞIN: Zəhərlənən var

Qonşuda böyük xaos: İranda "livanlaşma" siqnalları

Qonşuda böyük xaos: İranda "livanlaşma" siqnalları

Ali təhsili olmayan rəqqasə necə REKTOR oldu?

Ali təhsili olmayan rəqqasə necə REKTOR oldu?

“İcazə almaq bu qədərmi çətindir?” - Video

“İcazə almaq bu qədərmi çətindir?” - Video

Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib - FOTO

Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib - FOTO

End of content

No more pages to load

RADİO