Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və sistemə işə götürülən işçilərin ştat sayının həddində dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev bu gün fərman imzalayıb.
Fərmanda həmçinin Dövlət Təhlükəsizlik Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısında da dəyişikliklər edilməsi təsdiq edilib.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
Bizim.Media