Şuşada Atatürk və Pənahəli xan küçəsi olacaq - FOTO

Şuşanın azad olunmasından sonra işğal dövründə ermənilərin küçələrə verdiyi qondarma adlar dəyişdirilir. “Yandex xəritəsi”ndə Şuşanın küçələri arasında diqqət çəkən adlardan biri Atatürkün və Pənahəli xanın adına küçələrin olmasıdır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı özünün Facebook səhifəsində tanınmış jurnalist, analitik Asif Nərimanlı yazıb.

Onun sözlərinə görə, Atatürkün adının verildiyi küçə işğal dövründə Aram Manukyan adlanıb:

“Vanlı Aram” kimi tanınan Manukyan 1915-ci ildə Osmanlıya qarşı ermənilərin Vanda qaldırdığı qiyama rəhbərlik edib.

Pənahəli xanın adının verildiyi küçə isə işğal dövründə ermənilər tərəfindən Qaregin Njde adlandırılıb.

Erməni terrorunun idealoji banilərindən olan, II Dünya müharibəsində nasistlərə xidmət etmiş Njdenin adı azad Şuşadan təmizlənir, Qarabağ xanı, şəhərin qurucusu Pənahəli xanın adı gətirilir.

Niyə ermənilərin Njdenin adını verdiyi küçəyə məhz Pənahəli xanın adı?

Njde XX əsrin əvvəlində Azərbaycanın tarixi yurdu Zəngəzurun işğalına rəhbərlik edib. Zəngəzur mahalını Qarabağ xanlığına birləşdirən isə Pənahəli xan idi.

Təsadüfi deyil, hər iki seçimdə – Atatürk və Pənahəli xan – incə və tarixi mesaj var: Osmanlıya qarşı qiyam qaldıran “Vanlı Aram” Atatürklə əvəzlənir və bununla qondarma “erməni soyqırımı” iddiasına Şuşadan cavab verilir;

Zəngəzuru Qarabağ xanlığına birləşdirən, Şuşanı inşa edən Pənahəli xanın adı da ermənilərin Njde adlandırdığı küçəyə verilir, bununla, Zəngəzurun də Azərbaycan torpağı olduğu tarix kontekstində xatırlanır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Mourinyo "Çelsi"yə qayıda bilər

Mourinyo "Çelsi"yə qayıda bilər

Numeroloqlar 2026-cı ili niyə “1-ci il” adlandırırlar?

Numeroloqlar 2026-cı ili niyə “1-ci il” adlandırırlar?

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Sumqayıtda dəm qazı CAN ALDI

Sumqayıtda dəm qazı CAN ALDI

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Ucarda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Ucarda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Şamaxıda mənzildə partlayış: xəsarət alan var – VİDEO

Şamaxıda mənzildə partlayış: xəsarət alan var – VİDEO

End of content

No more pages to load

RADİO