Prezident xalqı təbrik etdi

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Bizim.Media-nın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.

Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur.

Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.

 

Yaz bayramının Odlar diyarına builki gəlişi xüsusən əlamətdardır. Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq.


Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik.

Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

 

Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.


İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İŞİD-ə qarşı əməliyyatda 67 nəfər həbs edilib

İŞİD-ə qarşı əməliyyatda 67 nəfər həbs edilib

Bu yollar buz bağlayıb: Ehtiyatlı olun!

Bu yollar buz bağlayıb: Ehtiyatlı olun!

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Mourinyo "Çelsi"yə qayıda bilər

Mourinyo "Çelsi"yə qayıda bilər

Numeroloqlar 2026-cı ili niyə “1-ci il” adlandırırlar?

Numeroloqlar 2026-cı ili niyə “1-ci il” adlandırırlar?

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Sumqayıtda dəm qazı CAN ALDI

Sumqayıtda dəm qazı CAN ALDI

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

End of content

No more pages to load

RADİO