Moderator.az -a məlumat verən mənbənin sözlərinə görə, bu gün şəhərin bir çox dükanlarına siqaret verilməyib.xa0
Firmaların ekspeditorları ilə əlaqə saxlayan sahibkarlara bildirilib ki, bu gün onlarda iş günü deyil. Ekspeditorlar müxtəlif bəhanələr gətirərək siqaret verməkdən imtina ediblər.xa0
Firmalarda olan mənbə ilə apardığımız araşdırmadan sonra məlum oldu ki, onlar gələn həftə devalvasiya olma ehtimalını yüksək hesab etdiklərinə görə, siqaret satışını dayandırıblar.xa0
Qeyd edək ki, bu həftə bir sıra siqaret məhsullarının qiymətində 30-40 % bahalaşma qeydə alınıb.