Eldar Mahmudovun “Akula”x9dsı haqqında yeni ilginc faktlar

Sabiq nazirin əlaltısının 2013-cü ildə həbs etdirdiyi iş adamının xanımı: “”x9dAkula" dedi ki, deyilənlərə əməl etməsən, ailəni məhv edəcəyik"; “Afina”x9d “düyünü”x9d çözülə biləcəkmi?
Ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun “sağ əli”x9d olan, məlum olaylardan sonra ölkədən açan “Akula”x9d ləqəbli Akif Mustafayev haqqında ilginc faktlar məlum olub.xa0

Belə ki, “Afina”x9d MMC-nin direktor müavini olmuş, mənzilləri vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib etməkdə ittiham olunaraq 10 il həbs cəzası almış Qüvvətəli Süleymanovun xanımı Sevda Süleymanova redaksiyamıza gələrək əri və ailəsinin başına gələnlər haqda danışıb.xa0

S.Süleymanova bildirib ki, başda “Akula”x9d olmaqla, “Afina”x9d MMC-nin payçıları - Nail Şahverdiyev, Qurban Mahmudov, həmçinin “OMAKS 3" MTK-nın payçıları Yasin Cabbarov, sədri Emin Namazov və digərləri birləşərək təhdid və ölüm hədələri ilə əri Qüvvətəli Süleymanovu ərizələrə imza atmağa məcbur ediblər. Beləliklə, bütün günahları onun boynuna atmaqla həbs etdiriblər: ”x9dMən və həyat yoldaşım Qüvvətəli Süleymanov qanunsuzluğun, haqsızlığın, ədalətsizliyin qurbanları olmuşuq. Yoldaşım 2006-cı il tarixdən “Afina”x9d MMC-də tikinti işləri üzrə iş icrası vəzifəsində işləməklə bərabər, şirkətə xeyli sərmayə qoymuşdu. Həmçinin 2010-cu ildən “OMAKS 3" MTK-nın da tikinti işlərinə köməklik göstərərək xeyli sərmayə qoymuş və onların tikinti işlərində yaxından iştirak etmişdi. 2011-ci ilin sonu və 2012-ci ilin əvvəllərində yoldaşım ”x9dAfina" MMC-dən və “OMAKS 3" MTK-dan qoyduğu sərmayəni geri tələb edib. Buna görə o, ”x9dAfina" MMC-dən iş icraçısı vəzifəsindən azad edilib. Bundan sonra mənim və həyat yoldaşımın qara günləri başladı.xa0

Ərim 24 fevral 2012-ci il tarixdə rəsmi qaydada ərizə verərək işdən çıxıb. Buna baxmayaraq, bütün saxta müqavilələr 25 fevral 2012-ci il tarixdən bağlanılmış, həmin müqavilələrin guya rəsmi olaraq onun tərəfindən bağlanılması xa0göstərilib. İşdən çıxmış şəxs tərəfindən alqı-satqı müqavilələrin bağlanılması və həmin müqavilələrin möhrlə təsdiq edilməsi qeyri-mümkündür.

Yoldaşımın sözlərinə görə, həmin ərəfələrdə “Afina”x9d MMC-nin payçıları Nail Şahverdiyev tanışı Vüsalla bir yerdə onu «Axundov bağı»na aparıb, orada mobil telefonla kiməsə zəng edib.

Zəng zamanı telefonun səs ucaldanını açıb ““Akula”x9d, Qüvvətəlini gətirmişəm, bağda sizi gözləyirik" deyib. Yoldaşım vəziyyətin gərgin, həyatının təhlükədə olduğunu görərək oradan qaçmağa nail ola bilib.xa0

Bundan sonra yenə görüşərək xa0ondan ərimə məxsus olan bütün əmlaklarını Vüsalın adına keçməsini tələb ediblər. Ərim özü və ailəsinin həyatını təhlükədə qoymamaq üçün məcbur qalaraq əvvəlcədən tərtib olunan ərizənin sonuna imzasını atıb. Sonra isə onu skype ilə qurumun əsas təsisçisi, Moskvada yaşayan Mübariz Məmmədovla danışdırıblar. O, “Qüvvətəli, sənə nə deyirlərsə ona əməl et, yoxsa sən və ailən üçün çox pis olar, deyilənləri etməsən səni həbs etdirib, ailəni yox edərik, amma imza atsan sənin tutulmağına imkan vermərik”x9d deyib. Daha sonra isə “Akula”x9dya zəng ediblər.xa0

“Akula”x9d da Qüvvətəlini hədələyib “deyilənlərə əməl etməsən, ailəni və səni xa0məhv edəcəyik!”x9d deyib. Və ərimdən ona məxsus olan bütün əmlakların sənədlərini, “Afina”x9d MMC ilə bağlanılmış bütün müqavilələr və digər sənədləri də zorla alıblar.xa0

Ərimə bildiriblər ki, iki həftə sonra həyat yoldaşınla bir yerdə bizə qoşulmaqla Moskva şəhərində yaşayan Mübariz Məmmədovla görüşəcəyik, aramızda olan haqq-hesabları və əmlakları oradan qayıtdıqdan sonra sənədlər sənə qayıdacaq, bütün haqq-hesab həll olunacaq. Lakin vədlərinə əməl etməkdənsə, “Akula Akif”x9d, Qurban Mahmudov, Nail Şahverdiyev və digərləri birləşib ərimi günahsız yerə həbs etdirib, bütün ittihamları onun boynuna atdılar".xa0

Qeyd edək ki, Qüvvətəli Süleymanov barəsində 2013-cü ilin fevralında həbs-qətimkan tədbiri seçilib, bu barədə mətbuata və kütləvi informasiya vasitələrinə məlumat verilmişdi. Lakin buna baxmayaraq, naməlum səbəblərdən Q.Süleymanov həbs edilməmişdi. Sonradan 21 oktyabr 2013-cü il tarixində barəsində təkrar həbs-qətimkan tədbiri seçilmiş və xa0mənzilləri vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib etməkdə ittiham olunaraq 10 il həbs cəzası almışdı. Bakı Apelyasiya Məhkəməsinin 2015-ci qərarı ilə isə onun cəzası 9 ilə endirilib.xa0

Həyat yoldaşı Sevda Süleymanovun sözlərinə görə, ərinin həbsindən sonra dəfələrlə soyuq silahı başına dirəməklə ölümlə hədələnib, aidiyyəti orqanlara etdiyi müraciətlərə görə xa0bir neçə dəfə insanların gözü qarşısında küçədə döyülərək mülki şəxslər tərəfindən oğurlanıb, izahat yazmağa məcbur edilib, 4 gün qızı ilə evində əsir kimi saxlanılıb, evi qanunsuz olaraq zorla əlindən alınıb.xa0

S.Süleymanova ərinin günahsız olaraq həbs olunduğunu və bütün bu olanlara görə müvafiq orqanlara müraciət etdiyini, lakin heç bir nəticə olmadığını deyib.

Yazıda adı hallanan şəxslərə gəldikdə isə bildirək ki, məlumata görə, Moskvada yaşayan Mübariz Məmmədov “Afina”x9d MMC-nin əsas ortaqlarından biridir. Deyilənə görə, o, əslən şəmkirlidir və Rusiyada “Borya”x9d kimi məşhurdur. Onun Azərbaycandakı biznesini Qurban Mahmudov idarə edib. “Akula”x9d ləqəbli şəxsə gəldikdə isə artıq çoxlarına məlumdur ki, o, sabiq MTN xa0naziri xa0Eldar Mahmudovun yaxın çevrəsində olan, iş adamı kimi tanınan Akif Mustafayevdir. “Akula Akif”x9d haqqında mətbuatda xeyli məlumatlar dərc olunub. Yayılan məlumatlarda bildirilir ki, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onları ilişdirirmiş. Sonradan həmin iş adamlarına öz “köməyini”x9d təklif edirmiş. MTN zabitləri ilə iş adamları arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. O da bildirilir ki, “Akula Akif”x9d bu “xidmətlərindən”x9d sonra MTN-in “əlindən qurtardığı”x9d iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara “krışalıq”x9d edirmiş. Məlumatlara görə, o, ötən il oktyabrın 18-də Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə qaçıb.

Yazıda adları hallan digər şəxslərin də mövqeyini dərc edə bilərik. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

“İmişli” braziliyalı legioneri göndərdi

“İmişli” braziliyalı legioneri göndərdi

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir - FOTO

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir - FOTO

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin seçki şikayətini RƏDD ETDİ - VİDEO

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin seçki şikayətini RƏDD ETDİ - VİDEO

ABŞ-də anomal istilər səbəbindən minlərlə insan İŞIQSIZ QALIB

ABŞ-də anomal istilər səbəbindən minlərlə insan İŞIQSIZ QALIB

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı

“Sabah” qanalı futbolçu ilə müqavilə imzaladı

“Sabah” qanalı futbolçu ilə müqavilə imzaladı

Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

Talıbov yüksək vəzifəyə TƏYİN OLDUNU

Talıbov yüksək vəzifəyə TƏYİN OLDUNU

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var

Polis borcu olan 29 nəfəri tapdı

Polis borcu olan 29 nəfəri tapdı

“Xankəndi” baş məşqçisi ilə bağlı qərar verdi

“Xankəndi” baş məşqçisi ilə bağlı qərar verdi

"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı – VİDEO

"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı – VİDEO

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

Qumralın bu görüntüsü müzakirə yaratdı – VİDEO

Qumralın bu görüntüsü müzakirə yaratdı – VİDEO

İsrail XİN Xameneinin vida mərasimini LAĞA QOYDU

İsrail XİN Xameneinin vida mərasimini LAĞA QOYDU

Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

End of content

No more pages to load

RADİO