"Anamı abort etməyə gələn mamaçanı it yeməsəydi..."

«Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!» Quran, «Qadınlar» surəsi, 152-ci ayə.

Allahın mükafatlandıraraq övliyalıq mərtəbəsinə yüksəltdiyi mömin bəndələrindən biri də Hacı Mahmud əfəndidir.

Ötən yazımda Nəqşibəndi şeyxi xa0Həmzə Nigaridən bəhs edərkən qeyd etmişdim ki, onun irşad etmək üçün icazənamə verdiyi şeyxlərdən biri də Hacı Mahmud əfəndi olmuşdur.
xa0(yazını bu linkdən oxumaq olar: //www.moderator.az/news/145887.html )

Onun şərif məzarını ziyarət etmək üçün Qazax rayonuna yola düşürəm. Qeyd edim ki, Hacı Mahmud Veysəl Qərani oğlu 1835-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub.xa0
İlk təhsilini atasından alan Mahmud əfəndi sonralar ərəb və fars dillərini dərindən öyrənmişdir. Təhsilini artırmaq məqsədi ilə bir müddət Şəkidə sufi şeyxlərinin açdığı mədrəsədə oxuyur. Təhsilini tamamladıqdan sonra yenidən Qazaxın Aslanbəyli kəndinə qayıdır. Burada elmi bilikləri təbliğ etmək üçün mədrəsə tikdirir. Bu mədrəsəyə tezliklə ətraf rayonlardan çoxlu sayda tələbələr toplaşır.

1870-ci illərdə Hacı Mahmud Əfəndi Türkiyənin Amasiya şəhərinə gedərək orada nəqşibəndi şeyxi Mir Həmzə Seyid Nigariyə intisab etmişdir. Seyr və sülukunu tamamladıqdan sonra Həmzə Nigari Hacı Mahmud əfəndiyə icazənamə vermiş və Qazax bölgəsində irşad etməsini tapşırmışdır. Daha sonra Həcc ziyarətinə getmişdir.

Həzrət Peyğəmbərimiz buyurur: «Bir neçə şəxsə qibtə etmək olar: elminə əməl edib onu xalqa öyrədənə və var”“dövlətini Allah yolunda sərf edənə». Hər iki halı Hacı Mahmud Əfəndinin həyatında müşahidə etmək mümkündür. Belə ki, o, həm elmə əməl edərək onu təbliğ edir, həm də var-dövlətindən Allah yolunda, İslam dininin dirçəlişi üçün istifadə edirdi.

Qərbi Azərbaycandan ”“ Qaraçöp mahalından, Zəngəzur mahalından, Göyçə mahalından çoxlu sayda müridlər Hacı Mahmud əfəndinin tikdirdiyi məktəbdə təhsil almışlar ki, bu müddətdə onların yemək və yaşamaq xərclərinin hamısını Əfəndi öz üzərinə götürmüşdür.

O, müridlərinin yemək və yaşayış xərclərini qarşılamaq xa0üçün meyvə bağı salmış, İncə çaydan böyük xərc hesabına kəndə su çəkdirmişdir (bu gün də Aslanbəyli camaatı həmin sudan istifadə edir və övliyanın ruhuna rəhmət oxuyurlar) . Hacı Mahmud Əfəndi xanəgahın bütün təsərrüfat və maliyyə işlərini ən etibarlı və təqvalı müridi Əhməd Qaramana tapşırmışdı.

Çar Rusiyasının əleyhinə danışdığına görə Hacı Mahmud əfəndi xa0iki dəfə qısa müddətə həbs olunub. Əvvəlcə Qazaxda «Şəkərin qalası» deyilən qalada saxlanılıb (indi həmin yer əsəb xəstəlikləri xəstəxanasıdır). Sonra Tiflisdə «Tamara qalası» deyilən qalada saxlanılıb. Həbsxanada olarkən bir çox kəramətləri üzə çıxıb. Belə ki, hər namaz vaxtı çatanda həbsxana kamerasının qapısındakı qıfıl qüdrəti-İlahidən açılarmış və Hacı Mahmud Əfəndi çıxıb çöldə dəstəmaz alıb, namaz qılıb qayıdarmış.

Hacı Mahmud Əfəndi Həmzə Nigariyə çox böyük sayğı və hörmət bəsləmişdir. Nigarinin qəbri üzərindəki türbə və məscidin tikilməsində də onun təşəbbüsü və səyi olmuşdur.
Hacı Mahmud Əfəndi 1891-ci ildə dünyasını dəyişdi. Vəfatından əvvəl rus məmurları digər nəqşibəndi şeyxləri kimi, ona da osmanlı dövlətinə köçməyi tövsiyə etmişdilər. Lakin, o, bu təklifi qəbul etməmişdir.

Hacı Mahmud Əfəndi vəsiyyətinə uyğun olaraq Aslanbəyli kəndində müridi Seyid Yasin adlı şəxsin yanında dəfn edildi. Kürəkəni Mustafa ağa Miralayevin və müridlərinin köməyi ilə qəbri üzərində günbəz tikilib. Hacı Mahmud Əfəndinin məzar daşında «Ya Allah, Ya Seyid Nigari, Ya Həzrət Mövlanə» və Şeyxin öz adı yazılmışdır. Həmçinin, günbəzdəki daş kitabələrdə Füzulinin və Həmzə Nigarinin qəzəllərindən parçalar həkk olunmuşdur.

Hacı Mahmud əfəndinin Məhəmməd, Əhməd və Veyis adlı üç oğlu, Aişə və Sayalı adlı iki qızı olmuşdur.

Övliyanın ziyarətində olarkən burada bir çox ziyarətçilərlə tanış oldum. Onlardan birinin (adının çəkilməsini istəməyən məhşur şairənin) söhbətini moderator.az-ın oxucularına təqdim edirəm:

-Anam mənə hamilə olanda evdə uşaq çox olduğundan məni abort etmək istəyib. Hacı Mahmud əfəndi anamın yuxusuna girərək, deyib bətnindəki uşağı tələf eləmə, onu dünyaya gətir. Lakin, anam məsləhətə qulaq xa0asmayaraq Qazaxdakı qadın həkiminə müraciət edib. Həkim deyib indi Bakıya gedirəm, tələsirəm, qayıdıb gəlib abort edərəm. İki gündən sonra həmin həkimin ölüm xəbəri gəlib. Qəzaya düşərək dünyasın dəyişib.

Aradan bir müddət keçəndən sonra anam yenə məni abort etmək fikrindən daşınmayıb. Kənddəki mamaça ilə danışaraq, bu işi onun vasitəsi ilə həyata keçirmək istəyib. Razılaşdırılmış vaxtda anam bütün hazırlıqları görüb mamaçanı gözləyirmiş. Lakin, mamaça həyət darvazasından girəndə qonşunun bəd iti zənciri qıraraq onun üstünə cumur. Beləliklə, üz-gözünü it yemişmamaçanın özünü xa0təcili həkimə çatdırırlar. Beləliklə, anam başa xa0düşür ki, övliyanın tapşırığına əməl etməmək ona pis nəticələr verə bilər. Ona görə də bu gün mən dünyaya gəldiyimə görə ilk növbədə Allahıma, ondan sonra isə, Hacı Mahmud əfəndiyə borcluyam. Odur ki, te-tez övliyanın ziyarətinə gəlirəm.

Biz də öz növbəmizdə bu Allah dostunun ruhuna dualar oxuyaraq Bakıya yola düşürük.

Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı

Yazarın arxivi:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

End of content

No more pages to load

RADİO