Bu gün Yel çərşənbəsidir

Hər il Novruz bayramı ərəfəsində xalqımız dörd çərşənbəni - Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edir.

Bizim.Media xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir.

Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.

Folklorşünaslarımızın fikrincə, əski etiqadlarda qeyd edilmişdir ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir.

Mifologiyamızda ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir.

Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir.

Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. Xırman sovrulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”.

Çünki onun arxasında Tanrı durur. Yelə tüpürsən öz üstünə qayıdar. Eləcə də Yel dağını ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub dağa nəzir-niyaz gətirir, burada qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır.

Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər.

Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir.

Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Novruzun müjdəçi olan Yel çərşənbəniz mübarək!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaxda hasar uçdu: şəhər və 4 kəndin qazı kəsildi - FOTO

Qaxda hasar uçdu: şəhər və 4 kəndin qazı kəsildi - FOTO

Qurban Qurbanovun yeni biznesi: Açılışa KİMLƏR gəldi?

Qurban Qurbanovun yeni biznesi: Açılışa KİMLƏR gəldi?

Bu qurumlar metropolitenə birləşir - NƏ DƏYİŞƏCƏK?

Bu qurumlar metropolitenə birləşir - NƏ DƏYİŞƏCƏK?

Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO

Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO

Monteneqroda Milli Məclisə müşahidəçi statusu verildi - FOTO

Monteneqroda Milli Məclisə müşahidəçi statusu verildi - FOTO

Sumqayıtda yataqxanada yanğın: 12 nəfər təxliyə edildi - FOTO/VİDEO

Sumqayıtda yataqxanada yanğın: 12 nəfər təxliyə edildi - FOTO/VİDEO

Tanınmış idmançı güllələndi - Cinayət anının VİDEOSU

Tanınmış idmançı güllələndi - Cinayət anının VİDEOSU

Gəmidə yayılan virusla bağlı ÜST-dən açıqlama

Gəmidə yayılan virusla bağlı ÜST-dən açıqlama

Zelenski Umerovun qarşısına qoyulan İKİ ƏSAS tapşırığı açıqladı

Zelenski Umerovun qarşısına qoyulan İKİ ƏSAS tapşırığı açıqladı

ABŞ-İsrail münaqişəsində İran hava limanlarının dağılması görüntüləri - VİDEO

ABŞ-İsrail münaqişəsində İran hava limanlarının dağılması görüntüləri - VİDEO

Rüstəm Umerov Mayamiyə yola düşüb: Uitkofla görüşü var

Rüstəm Umerov Mayamiyə yola düşüb: Uitkofla görüşü var

Beş gün ardıcıl meteor yağışı müşahidə olunacaq - BU TARİXDƏN

Beş gün ardıcıl meteor yağışı müşahidə olunacaq - BU TARİXDƏN

Naxçıvanda yüksək vəzifəyə təyinat – Sərəncam - FOTO

Naxçıvanda yüksək vəzifəyə təyinat – Sərəncam - FOTO

Bakı metrosu: Sərnişin rahatlığı və təhlükəsizliyi artırılacaq

Bakı metrosu: Sərnişin rahatlığı və təhlükəsizliyi artırılacaq

Samir Nuriyev: “WUF13 üçün 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib”

Samir Nuriyev: “WUF13 üçün 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib”

Rusiyadan hücum XƏBƏRDARLIĞI - "Kiyevdən əhalini təxliyə edin"

Rusiyadan hücum XƏBƏRDARLIĞI - "Kiyevdən əhalini təxliyə edin"

"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?

"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?

Paşinyan Karapetyanı məhkəməyə verəcək: “Onu bir ton göbələklə yedizdirəcəyəm”

Paşinyan Karapetyanı məhkəməyə verəcək: “Onu bir ton göbələklə yedizdirəcəyəm”

WUF13-ün Təşkilat Komitəsinin iclası keçirildi – FOTO

WUF13-ün Təşkilat Komitəsinin iclası keçirildi – FOTO

Uşakov: “İrəvan iki stulda oturmağa çalışır, bu isə Moskvada təəssüf doğurur”

Uşakov: “İrəvan iki stulda oturmağa çalışır, bu isə Moskvada təəssüf doğurur”

Abbas Əraqçı Əli Xameneiyə sui-qəsddə İTTİHAM EDİLİR

Abbas Əraqçı Əli Xameneiyə sui-qəsddə İTTİHAM EDİLİR

Pezeşkian: “Etirazlar üzərindən qurulan plan işə yaramadı” - VİDEO

Pezeşkian: “Etirazlar üzərindən qurulan plan işə yaramadı” - VİDEO

Azərbaycanda Aşpazlıq Universiteti yaradıla bilər – Qastronomiya sahəsində YENİLİK

Azərbaycanda Aşpazlıq Universiteti yaradıla bilər – Qastronomiya sahəsində YENİLİK

Prezident mükafatına layiq görülən Xalq artistindən ÖZƏL AÇIQLAMA

Prezident mükafatına layiq görülən Xalq artistindən ÖZƏL AÇIQLAMA

End of content

No more pages to load

RADİO