Milli Qurtuluş Günü BSU-nun xarici ölkələrdəki mərkəzlərində qeyd olunub



Milli Qurtuluş Günü münasibəti ilə Bakı Slavyan Universitetinin (BSU) xarici ölkələrdə yerləşən tədris və mədəniyyət mərkəzlərində silsilə tədbirlər baş tutub. Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzində semestrin son dərsi Milli Qurtuluş Gününə həsr olunub.

Mərkəzin müdiri Sofiya Şıqayeva-Mitreska bu günün müasir Azərbaycanın tarixində əhəmiyyətindən, həmin dövrdə Azərbaycanın daxilində baş verən gərgin proseslərdən danışıb. 1993-cü ildə ölkənin çətin anında xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıtması, həmin il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi barədə iştirakçılara məlumat verib. Bildirilib ki, Ulu öndərin dövlətçilik siyasəti nəticəsində ölkədə siyasi sabitliyin yaradılmasına, Ermənistan tərəfindən aparılan elan olunmamış müharibənin dayandırılmasına və atəşkəsə nail olunub, müstəqilliyimiz qorunub, siyasi, iqtisadi islahatlar başlayıb. O vaxtdan 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş və Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirilmişdir.

BSU-nun Heydər Əliyev adına Kiyev Milli Linqvistik Universitetindəki Azərbaycan dili və mədəniyyəti mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib və stend-qəzet hazırlanıb. Mərkəzin müdiri İntiqam Şıxızadə stend-qəzeti Şərqşünaslıq fakültəsinin tələbələrinə nümayiş etdirib, bayram haqqında geniş məlumat verib. İ.Şıxızadə qeyd edib ki, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub.

Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə ölkədə başlayan sosial-iqtisadi dirçəliş dövlətimizin möhkəmləndirilməsində, sivil

dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən demokratik modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb.

Sonda İntiqam Şıxızadə ukraynalı tələbələrin maraq doğuran suallarına aydınlıq gətirib.

Milli Qurtuluş Gününə həsr olunmuş növbəti tədbir BSU-nun Poltava Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzində keçirilib. Mərkəzin müdiri Yaşar Alxaslı Heydər Əliyevin dövlət siyasəti sayəsində Ukrayna və Azərbaycan arasında qurulan uğurlu strateji əməkdaşlıqdan danışıb, Ulu öndərin təhsil, elm sahəsinə göstərdiyi diqqətdən söz açıb.

Poltava Universitetinin elmi işlər üzrə prorektoru, professor Sergey Qarkuşa tarixdə Heydər Əliyev şəxsiyyətinin rolu, onun siyasi kursu haqqında məruzə ilə çıxış edib. Mərasimdə həmçinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Poltava Regional şöbəsinin nümayəndələri, universitetin müəllim-tələbə heyəti də iştirak edib. Tədbir çərçivəsində “Heydər Əliyev Ukrayna ədəbiyyatında və mətbuatında”x9d adlı sərgi nümayiş olunub.


Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzində Belarusiyanın müxtəlif ali məktəblərindən olan belarusiyalı və azərbaycanlı tələbələrin iştirakı ilə tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Salatın Mirzəyeva Qurtuluş bayramının mahiyyətindən, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin formalaşmasında misilsiz rolundan söz açıb. Mərkəz direktoru Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycan iqtisadiyyatının iflic vəziyyətdə olması, ölkənin tənəzzülə uğraması və vətəndaş qarşıdurması barədə məlumat verib. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanda sabitliyin əldə edildiyi və hərtərəfli inkişafın başladığını vurğulayıb.

Sonra tələbələrin Heydər Əliyev şəxsiyyəti, onun çoxşaxəli xidmətləri barədə məruzələri dinlənilib, Ulu öndərin həyat yoluna həsr olunmuş film nümayiş olunub.

BSU-nun Mətbuat xidməti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

End of content

No more pages to load

RADİO