ATV-nin “Yoxlama”x9d verilişinin efirdən çıxarıldığı deyilən qalmaqallı buraxılışı bu gün yayımlanıb.
xa0
13 iyun tarixində, saat 23:23-də “Yoxlama”x9d verilişinin, Şamaxıda çəkiliş zamanı zorakılıqla üzləşməsi səhnəsi də daxil olmaqla, tam buraxılışı efirə verilib. Verilişin aparıcısı Azər İsmayılov ictimaiyyətə və mediaya səslənərək, bir çox qaranlıq suallara da cavab verməyə çalışıb.
xa0
Xatırladaq ki, iyunun 4-də saat 19 radələrində “Yoxlama”x9d layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları “Şamaxı”x9d yeməkxanasında məkanın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Nəticədə ATV telekanalının əməkdaşları fiziki təzyiqə məruz qalıb.
xa0
Restoran sahibi və yanındakılar çəkiliş qrupuna hücum ediblər. Onlar "Yoxlama"çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqiredici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb.
xa0
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.(axar.az)
xa0