8 Mart Beynəlxalq Qadınlar Günüdür

ABŞ-ın Nyu-York şəhərində 1857-ci ilin 8 mart tarixində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz edib. Lakin polis aksiyanın uzun sürməsinə izn verməyərək nümayişi dağıdıb.

Bizim.Media xəbər verir ki, 8 mart 1908-ci ildə də Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əməkhaqqı və səsvermə hüququ üçün nümayiş keçirib.

Mitinqdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

1909-cu ildə Avropadakı xanımlar fevralın 28-ni ilk qadın günü kimi qeyd ediblər.

1857-ci il hadisələrindən 52 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində Dünya Qadınlar Günü kimi 8 martın olması qəbul edilib. Qadınlar Gününün məhz bu tarixdə olmasını isə alman sosialist Klara Setkin təklif edib. Klara Setkin 129 qadının 1857-ci ilin 8 martında yandırılaraq öldürüldüyünü əsas gətirib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Bizim.Media dünyanın ən gözəl anası, bacısı, həyat yoldaşı olan Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara açıq səma, övlad, ər, qardaş qüruru yaşamağı və ancaq sevinc gözyaşları azulayır. Ürəyiniz fərəhlə dolsun, əziz qadınlar.

Bayramınız mübarək...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FİFA-dan “Neftçi”yə XƏBƏRDARLIQ - 200 min avronu tam ödəməsə...

FİFA-dan “Neftçi”yə XƏBƏRDARLIQ - 200 min avronu tam ödəməsə...

VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilir – FOTO/VİDEO

VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilir – FOTO/VİDEO

Melonidən süni intellektlə hazırlanan açıq-saçıq fotosuna REAKSİYA: “Bir az yaxşılaşdırıblar”

Melonidən süni intellektlə hazırlanan açıq-saçıq fotosuna REAKSİYA: “Bir az yaxşılaşdırıblar”

Qəbiristanlığa atılan azyaşlının atası tapıldı

Qəbiristanlığa atılan azyaşlının atası tapıldı

Ata-oğul da təltif edildi

Ata-oğul da təltif edildi

"Alp Delux" şadlıq evində qonaqlara at əti verilirmiş - FOTO

"Alp Delux" şadlıq evində qonaqlara at əti verilirmiş - FOTO

Qadınlara kişilər qədər maaş ÖDƏNİLƏCƏK

Qadınlara kişilər qədər maaş ÖDƏNİLƏCƏK

Ebru Gündeş beşinci dəfə ərə gedir?

Ebru Gündeş beşinci dəfə ərə gedir?

Mayın 8-i ilə bağlı XƏBƏRDARLIQ

Mayın 8-i ilə bağlı XƏBƏRDARLIQ

Bakıda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil EDƏCƏK

Bakıda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil EDƏCƏK

Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama

Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək – ADLAR

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək – ADLAR

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə birləşdirildi – FƏRMAN

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə birləşdirildi – FƏRMAN

Corc Buş Mişel Obamaya qeyri-adi hədiyyə verəcək

Corc Buş Mişel Obamaya qeyri-adi hədiyyə verəcək

Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Muaddibin “Qarabağ”a KEÇƏCƏK

Muaddibin “Qarabağ”a KEÇƏCƏK

Hikmət Hacıyev Tomaş Simonyakla GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO

Hikmət Hacıyev Tomaş Simonyakla GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Fransa: “Hörmüz boğazı açılmadan İrana qarşı olan sanksiyalar ləğv edilməyəcək”

Fransa: “Hörmüz boğazı açılmadan İrana qarşı olan sanksiyalar ləğv edilməyəcək”

“Harri Potter” serialı ikinci mövsümdə də ÇƏKİLƏCƏK

“Harri Potter” serialı ikinci mövsümdə də ÇƏKİLƏCƏK

Lənkəranda zəncirvari QƏZA: Yolda tıxac yarandı – FOTO

Lənkəranda zəncirvari QƏZA: Yolda tıxac yarandı – FOTO

Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

İkiüzlü olmayın, kişi olun!

İkiüzlü olmayın, kişi olun!

End of content

No more pages to load

RADİO