Türkiyədən Azərbaycana gəlmiş gənc ziyalılar millət vəkili ilə görüşdü - Fotolar

Türk Dünyasınını müxtəlif bölgələrindən Azərbaycana gəlmiş gənc ziyalılar millət vəkili Qənirə Paşayeva ilə görüşdə Qarabağ həqiqətlərinin təbliği ilə bağlı layihələrə başlayacağıq deyiblər. 

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) dəstəyi ilə gerçəkləşdirdiyi “QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAÄž”x9d layihəsi çərçivəsində Türk Dünyasının müxtəlif bölgələrindən Türkiyə, Qazaxıstan,Qırğızıstan, Özbəkistan, ŞKTC-i ilə yanaşı Tatarıstan,Çuvaşıstan,Təbrizdən gələn və Qaqauz Türklərinin təmsilçisi olan yazar,şair, jurnalist və araşdırmaçılar millət vəkili, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu”x9d İBnin sədri dos.dr. Qənirə Paşayeva ilə görüşüblər. Görüşdə Azərbaycanın Türk Dünyasındakı mərkəzi mövqeyi, layihənin mövzusu ətrafında geniş söhbət aparılıb. Millət vəkili Qənirə Paşayeva Türk dünyasından gəlmiş ziyalılara üz tutaraq topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, aydınlar, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil". deyərək bitirib və Türk Düyasının müxtəlif bölgələrindən gəlmiş gənc ziyalıları dinləyib və onların

suallarını cavablandırıb. Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş gənc ziyalılar Azərbaycanı görməkdən, keçirilən görüş və tədbirlərdən çox məmun olduqlarını və böyük təəsüratla dönəcəklərini və ölkələrində Azərbaycanla bağlı, Qarabağ həqiqətlərinin daha geniş yayılması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəklərini deyiblər. Müxtəlif layihələr və təkliflər əsasında geniş müzakirələr aparılıb və yaxın zamanlarda bu istiqamətdə yeni layihələrə başlamaq qərarı alınıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva görüş iştirakçılarına Azərbaycanla bağlı materialları hədiyyə edib və tədbirin təşkilatçıları adından “Fəxri Fərman”x9dlar və hədiyyələr də qonaqlara təqdim edilib.















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi sənayedə "ukrayna sürəti": NATO ölkələri Kiyevin təcrübəsindən nəyi öyrənir? - FOTO

Hərbi sənayedə "ukrayna sürəti": NATO ölkələri Kiyevin təcrübəsindən nəyi öyrənir? - FOTO

Mbappe dünya çempionatlarının tarixinə düşdü

Mbappe dünya çempionatlarının tarixinə düşdü

Atəşfəşanlıq zamanı Nyu-Yorkun məşhur körpüsündə yanğın oldu - VİDEO

Atəşfəşanlıq zamanı Nyu-Yorkun məşhur körpüsündə yanğın oldu - VİDEO

AZAL-dan Naxçıvan reysləri ilə bağlı VACİB XƏBƏRDARLIQ

AZAL-dan Naxçıvan reysləri ilə bağlı VACİB XƏBƏRDARLIQ

Basketbol millimiz bu gün İrlandiya ilə üz-üzə gələcək

Basketbol millimiz bu gün İrlandiya ilə üz-üzə gələcək

ABŞ-ın 250 illik yubileyinə atəşfəşanlıq şousu ilə yekun vuruldu - VİDEO

ABŞ-ın 250 illik yubileyinə atəşfəşanlıq şousu ilə yekun vuruldu - VİDEO

İşğal olunmuş Krımda 2 yarımstansiya sıradan çıxarıldı - VİDEO

İşğal olunmuş Krımda 2 yarımstansiya sıradan çıxarıldı - VİDEO

Rusiya Dnepropetrovsk vilayətində yanacaqdoldurma məntəqəsini məhv etdi - VİDEO

Rusiya Dnepropetrovsk vilayətində yanacaqdoldurma məntəqəsini məhv etdi - VİDEO

DÇ-2026: Braziliya və İngiltərə növbəti mərhələyə adlaya biləcəkmi?

DÇ-2026: Braziliya və İngiltərə növbəti mərhələyə adlaya biləcəkmi?

SON DƏQİQƏ: Xaçmaz rayonunda zəlzələ oldu

SON DƏQİQƏ: Xaçmaz rayonunda zəlzələ oldu

Tükiyənin 5 regionunda SARI xəbərdarlıq

Tükiyənin 5 regionunda SARI xəbərdarlıq

Tramp Marsla bağlı planını açıqladı: Yaxın zamanda ora gedəcəyik - VİDEO

Tramp Marsla bağlı planını açıqladı: Yaxın zamanda ora gedəcəyik - VİDEO

Yevlaxda ağır qəza: Sürücü belə xilas edildi - VİDEO

Yevlaxda ağır qəza: Sürücü belə xilas edildi - VİDEO

Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

Putin Trampı Rusiyaya səfərə dəvət etdi - 85 dəqiqəlik kritik danışıq

Putin Trampı Rusiyaya səfərə dəvət etdi - 85 dəqiqəlik kritik danışıq

DİM bü gün daha bir imtahan keçirəcək

DİM bü gün daha bir imtahan keçirəcək

DÇ-2026: Fransa 1/4 finala yüksəldi - VİDEO

DÇ-2026: Fransa 1/4 finala yüksəldi - VİDEO

Zelenski Trampla razılığa gəldi -Ankarada müzakirə edəcəklər

Zelenski Trampla razılığa gəldi -Ankarada müzakirə edəcəklər

Bu gün qəbul imtahanı var

Bu gün qəbul imtahanı var

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

End of content

No more pages to load

RADİO