Xarici diplomatlar və hərbi attaşelər “Güləbird” SES-də - FOTO

Martın 6-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Laçın rayonuna səfər ediblər. Səfər Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilib.

Bizim.Media xəbər verir ki,  səfər çərçivəsində diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər erməni vandallarının qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olublar.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfər iştirakçıları Laçında “Azərenerji” ASC-nin "Güləbird" Su Elektrik Stansiyası ilə tanış olublar.

“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev işğaldan azad edilən ərazilərin mövcud və perspektiv elektrik təchizatı barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası bu il fevralın 15-də Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb.

Erməni qəsbkarları işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da darmadağın etmişdilər.

Dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir.

Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Harri Potter” serialı ikinci mövsümdə də ÇƏKİLƏCƏK

“Harri Potter” serialı ikinci mövsümdə də ÇƏKİLƏCƏK

Lənkəranda zəncirvari QƏZA: Yolda tıxac yarandı – FOTO

Lənkəranda zəncirvari QƏZA: Yolda tıxac yarandı – FOTO

Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

İkiüzlü olmayın, kişi olun!

İkiüzlü olmayın, kişi olun!

İran vurulan “Yaxın Şərqin ən hündür körpüsü”nün bərpasına başladı – VİDEO

İran vurulan “Yaxın Şərqin ən hündür körpüsü”nün bərpasına başladı – VİDEO

Pezeşkian Müctəba Xamenei ilə görüşdüyünü açıqladı - FOTO

Pezeşkian Müctəba Xamenei ilə görüşdüyünü açıqladı - FOTO

Ukrayna PUA-ları 2-ci dəfə Permdəki neft emalı zavoduna zərbə endirdi

Ukrayna PUA-ları 2-ci dəfə Permdəki neft emalı zavoduna zərbə endirdi

Çinin iki keçmiş müdafiə naziri edam olunacaq

Çinin iki keçmiş müdafiə naziri edam olunacaq

Gözəllik salonunda qadını öldürmək istədi

Gözəllik salonunda qadını öldürmək istədi

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Instagram-da böyük “təmizlik”: Məşhurlar milyonlarla izləyici itirdi

Instagram-da böyük “təmizlik”: Məşhurlar milyonlarla izləyici itirdi

Qızını qorumaq üçün kürəkənini qətlə yetirdi – Qandonduran AİLƏ DRAMI – FOTO

Qızını qorumaq üçün kürəkənini qətlə yetirdi – Qandonduran AİLƏ DRAMIFOTO

Rusiya XİN Ermənistanı vədini pozmaqda ittiham etdi

Rusiya XİN Ermənistanı vədini pozmaqda ittiham etdi

Valentina Antonenko ilə vida mərasimi keçirildi – FOTO

Valentina Antonenko ilə vida mərasimi keçirildi – FOTO

Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI – ÖZƏL

Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI – ÖZƏL

"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır

"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır

Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO

Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO

CBC Sport futbol azarkeşlərindən üzr istədi - BƏYANAT

CBC Sport futbol azarkeşlərindən üzr istədi - BƏYANAT

Əsəblərinə hakim ola bilməyən qadın marketi biri-birinə qatdı – ANBAAN VİDEO

Əsəblərinə hakim ola bilməyən qadın marketi biri-birinə qatdı – ANBAAN VİDEO

Həyəcan təbili çalınır: Bir metropol yerin dibinə qərq olur

Həyəcan təbili çalınır: Bir metropol yerin dibinə qərq olur

Kassa aparatları ilə dövriyyə bu il nə qədər olub?

Kassa aparatları ilə dövriyyə bu il nə qədər olub?

Agentlik sədrinin müşaviri işdən çıxdı - FOTO

Agentlik sədrinin müşaviri işdən çıxdı - FOTO

Bir aya yaxındır Xəzərdə itkin düşən balıqçının axtarışları DAYANDIRILIB? – İddialara rəsmi REAKSİYA

Bir aya yaxındır Xəzərdə itkin düşən balıqçının axtarışları DAYANDIRILIB? – İddialara rəsmi REAKSİYA

Bakıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

End of content

No more pages to load

RADİO