“Şadlıq evlərində verilən suların keyfiyyəti aşağı səviyyədədir”x9d.
Bunu Moderator.az-a
açıqlamasında Azad İstehlahçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
E.Hüseynovun sözlərinə görə, restoranların böyük əksəriyyətində də eyni vəziyyət
müşahidə edilir:
“Təəssüflər olsun ki, bu
gün dükan və marketlərdə olduğu kimi şadlıq evlərində də vətəndaşlara təklif
edilən suların keyfiyyəti aşağı səviyyədədir. Bu sahədə də çox ciddi problemlər
mövcuddur. İpək yolu üzərində yerləşən restoranlarda da eyni vəziyyət hökm
sürür. Bu restoranlarda da təklif edilən suların keyfiyyəti qeyri-qənaətbəxşdir.
Vəziyyətə nəzarət etməsi gərəkən qurumlar isə problemin qarşısını almaq istiqamətində
heç bir addım atmır. Onların laqeydliyi, fəaliyyətsizliyi vəziyyəti daha da mürəkkəbləşdirir.
Bu isə insanların səhhəti üçün kifayət qədər ciddi təhlükə deməkdir”x9d.
Seymur Əliyev