Cəlilabad RİH-başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşünü iyunun 2-də rayonun Seyidbazar kəndində keçirdi.
Görüşdə Seyidbazar kənd icra nümayəndəsi Əlövsət Həsənov inzibati ərazi dairəsi barədə məlumat verib kəndin sosial-iqtisadi inkişafı və mədəni quruculu ilə bağlı görülmüş işləri sadalamışdır. Çıxış edən vətəndaşlar Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin hər yerində həyata keçirilən quruculuq-abadlıq işlərini bəyəndiklərini, o cümlədən Cəlilabad rayonunda və Seyidbazar kəndində yolların asfaltlanmasına, körpülərin, kənddaxili yolların təmirinə görə minnətdarlıq ifadə ediblər.Sonra ayrı-ayrı vətəndaşların müraciətləri və təklifləri dinlənildi.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkədə gedən inkişaf prosesləri, Cəlilabad rayonunda həyata keçirilən işlər, qarşıda duran vəzifələr haqqında danışdı. Görüşə yekun vuran İcra başçısı Seyidbazar kənd inzibati ərazi dairəsinin mövcud sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işləri qeyd etdi, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarələrin, müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.