“Təbriz”x9d mehmanxanası Naxçıvanın parlayan ulduzuna çevrilib

Naxçıvan şəhərində yerləşən 5 ulduz kateqoriyasına malik “Təbriz”x9d mehmanxanası mayın 10-dan etibarən yeni işıqlandırma sistemi ilə muxtar respublikanın paytaxtının simasını daha da gözəlləşdirib. Həmin gündən başlayaraq şəhər sakinləri və qonaqlar işıqlandırma sistemi vasitəsilə canlandırılan ulu öndər Heydər Əliyevin portretini, Azərbaycanın üçrəngli, aylı-ulduzlu bayrağını maraqla izləyiblər.

Müasir memarlıq üslubunun nümunələrindən biri olan “Təbriz”x9d mehmanxanasının işıqlandırılmasında istifadə olunan sistem dünyada ən yaxşı sistem kimi tanınıb. Önümüzdəki günlərdə burada Naxçıvan Muxtar Respublikasının möhtəşəm tarixi abidələrini, füsunkar təbiət mənzərələrini də seyr etmək mümkün olacaqdır. Bu, milli-mənəvi dəyərlərimizə, zəngin tarixi irsimizə muxtar respublikada göstərilən həssas münasibətin növbəti nümunəsidir.

Qeyd edək ki, “Təbriz”x9d mehmanxanası ulu öndər Heydər Əliyevin xüsusi göstərişi və nəzarəti nəticəsində 1982-ci ildə tikilib, gələcək nəsillərə ərməğan edilib. Bu baxımdan “Təbriz”x9d mehmanxanasının məhz mayın 10-da ”“ dahi şəxsiyyətin anadan olmasının 93-cü ildönümündə müasir işıqlandırma sistemi ilə işıqlandırılmasının həm də xüsusi mənası vardır. Bu, ulu öndərin qurduğu, yaratdığı abidələrin bu gün onun davamçıları tərəfindən göz bəbəyi kimi qorunduğunu, daha da gözəlləşdirildiyini bir daha sübut edir. Necə ki, bu gün ümummilli liderin minbir çətinliklə qoruduğu, yaşatdığı Naxçıvan Muxtar Respublikası, memarı və qurucusu olduğu Azərbaycan Respublikası ulu öndərin siyasi məktəbinin layiqli məzunlarının səyi, fədakarlığı nəticəsində sürətlə inkişaf edir, günü-gündən çiçəklənir. 

Bu gün Naxçıvan şəhərində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri onu daha da gözəlləşdirib. Şəhərin qədimliyi və klassik üslubu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşir. Bütün bunlar Naxçıvanın regionun ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir. Bu gün Naxçıvan şəhərində reallaşdırılan layihələr nəticəsində muxtar respublikanın paytaxtının müasir siması yaradılır, şəhər sakinlərinin, bura gələn qonaqların istirahətinin yüksək səviyyədə təşkili üçün yeni məkanlar qurulur, mövcud olanlar isə müasir səviyyədə abadlaşdırılır. Yeni işıqlandırma sisteminə malik olan “Təbriz”x9d mehmanxanası bu sırada mühüm yer tutur. Bu, son illərdə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında gedən inkişaf proseslərinin göstəricisi olmaqla yanaşı, muxtar respublikanın müasir simasının yaradılması istiqamətində atılan mühüm addımlardandır. 

Mehmanxananın müasir işıqlandırma sisteminin qurulması ideyası özlüyündə bir element kimi son dərəcə maraqlıdır. Ona görə ki, şəhərin ən qaynar məkanında yerləşən, onun gözəlliyinə gözəllik qatan “Təbriz”x9d mehmanxanası arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir. Mehmanxananın müasir üslubda işıqlandırılması ekzotik gözəllik yaradır. 

Naxçıvan şəhərinin möhtəşəm simvolları arasında yer alan “Təbriz”x9d mehmanxanası bu gün muxtar respublikanın paytaxtının axşamlarının parlayan ulduzuna çevrilib. Bu, 25 ildir, blokada şəraitində yaşayan Naxçıvanın regionun cazibə mərkəzi kimi özünün iqtisadi gücünü daim qoruyub saxlayacağını göstərən nümunələrdən, sadəcə, biridir. Təsadüfi deyil ki, tarixilik və müasirliyin vəhdətində inkişaf edən Naxçıvan şəhərinə hər il on minlərlə turist gəlir. Buna görə də “Təbriz”x9d mehmanxanasında turistlərin istirahətinin mənalı təşkili və muxtar respublika paytaxtı ilə yaxından tanış olmaları diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

İsrail Livanın cənub rayonlarını artilleriya atəşinə tutdu - VİDEO

İsrail Livanın cənub rayonlarını artilleriya atəşinə tutdu - VİDEO

İran səfiri: Hörmüz boğazında Çin və digər dost ölkələr üçün güzəştlər olacaq

İran səfiri: Hörmüz boğazında Çin və digər dost ölkələr üçün güzəştlər olacaq

5 yaşlı qızın meyiti tapıldı: Şübhəli kimi anası axtarılır - FOTO

5 yaşlı qızın meyiti tapıldı: Şübhəli kimi anası axtarılır - FOTO

12 yaşlı məktəblini qətlə yetirən şəxs həbs edildi - VİDEO

12 yaşlı məktəblini qətlə yetirən şəxs həbs edildi - VİDEO

Ukrayna Krımın hərbi aerodromuna hava zərbələri endirdi - VİDEO

Ukrayna Krımın hərbi aerodromuna hava zərbələri endirdi - VİDEO

Milyonlarla iranlı Əli Xameneinin dəfn mərasimində iştirak edib -VİDEO

Milyonlarla iranlı Əli Xameneinin dəfn mərasimində iştirak edib -VİDEO

Yaxın Şərqdə davamlı sülh nə vaxt mümkün olacaq? - Ərdoğan şərti açıqladı

Yaxın Şərqdə davamlı sülh nə vaxt mümkün olacaq? - Ərdoğan şərti açıqladı

Avtomobilin cərimə meydançasına aparılması ilə bağlı YENİ QAYDA

Avtomobilin cərimə meydançasına aparılması ilə bağlı YENİ QAYDA

Belarusdan Rusiyaya nə qədər benzin idxal olunur?

Belarusdan Rusiyaya nə qədər benzin idxal olunur?

İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi AÇIQLANDI

İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi AÇIQLANDI

Rusiyada iPhone satışı minimuma endi - FOTO

Rusiyada iPhone satışı minimuma endi - FOTO

Tramp: "Öz ambisiyalarımızı genişləndirməkdən vaz keçməyəcəyik”

Tramp: "Öz ambisiyalarımızı genişləndirməkdən vaz keçməyəcəyik”

"Ədalətli Rusiya" partiyası seçki siyahısını açıqladı: Tanınmış simalar kənarda qaldı

"Ədalətli Rusiya" partiyası seçki siyahısını açıqladı: Tanınmış simalar kənarda qaldı

Peskov: "Avropa İttifaqı Ukrayna ilə sülh perspektivlərini tamamilə məhv edə bilməyəcək"

Peskov: "Avropa İttifaqı Ukrayna ilə sülh perspektivlərini tamamilə məhv edə bilməyəcək"

Klopp Almaniya yığmasının baş məşqçisi olacaq

Klopp Almaniya yığmasının baş məşqçisi olacaq

ATƏT-in sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi - FOTO

ATƏT-in sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi - FOTO

Süni intellekt smartfonları əvəz edəcək? - İlon Maskdan iddialara SƏRT REAKSİYA

Süni intellekt smartfonları əvəz edəcək? - İlon Maskdan iddialara SƏRT REAKSİYA

İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi

İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi

Zərdabda su arxında meyit tapıldı

Zərdabda su arxında meyit tapıldı

Tünzalə Əliyevanın qardaşı vəfat etdi - FOTO

Tünzalə Əliyevanın qardaşı vəfat etdi - FOTO

Qəbul imtahanı sona çatdı - 11 nəfərdə telefon aşkarlandı

Qəbul imtahanı sona çatdı - 11 nəfərdə telefon aşkarlandı

DÇ-2026: Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -FOTO

DÇ-2026: Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -FOTO

Ukraynadan Belqoroda dron hücumu: Rayon rəhbəri yaralandı

Ukraynadan Belqoroda dron hücumu: Rayon rəhbəri yaralandı

End of content

No more pages to load

RADİO