İnformasiya resurslarında xalq artisti Afaq Bəşirqızının səhhətinin kəskin pisləşməsi ilə bağlı informasiya yayılıb.
Dedik, bir “keçmiş olsun”la xəbəri Xalq artistinin özü ilə dəqiqləşdirək.
O, Bizim.Media açıqlamasında özünü yaxşı hiss etdiyini, hazırda işlərinin dalınca qaçdığını bildirdi:
“Mən özümü çox yaxşı hiss edirım, səhhətimlə bağlı heç bir problem yoxdur. Elgiz sadəcə arterozdan əziyyət çəkdiyimi deyib. O xəstəlik mən də çoxdan var”,- deyə o, qeyd edib.
Sonda o, jurnalistlərə hər zaman xoş xəbər yazmağı da tövsiyyə edib:
“Hər zaman xoş xəbərlər yazın. Pis xəbərlərdən uzaq olun”.
Qeyd edək ki, teleaparıcı Elgiz Əkbər verilişində Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yarandığını deyib.
Vüsalə Balayeva, Bizim.Media