Mart ayında sərt karantin rejimi bərpa olunur? – Rəsmilərdən CAVAB

Dünya hələ də 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus pandemiyası ilə mübarizədə aciz qalıb. Dünyanın 50 ölkəsində koronavirusa qarşı vaksinasiya prosesinə başlansa da, yoluxma zəncirini qırmaq mümkün olmur. 

Azərbaycan da peyvənd prosesinə qatılan ölkələr sırasındadır. İlin əvvəlindən ölkənin epidemioloji durumunda qismən sabitlik müşahidə olunur.

Yoluxma və ölüm sayında xeyli azalmalar var. Buna rəğmən sosial mediada mart ayının sonundan sərt karantin rejiminin və tədbirlərinin başlanacağı söyləntiləri var. Fəaliyyətinə və bərpasına icazə verilən bir çox iaşə obyektlərinin yenidən qapanacağı bildirilir.  

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Bizim.Media-ya açıqlamasında qarşıdakı vaxtlarda karantin tədbirləri ilə bağlı hansı qərarların veriləcəyindən xəbərsiz olduğunu deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda yayılan qrip koronavirusa yoluxmanı artıracaq” - İNFEKSİONİST 


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Elnarə Baxışın sözlərinə görə karantin rejiminin sərtləşəcəyi və ya qapanmaların olacağı barədə qərarı yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah verə bilər:

“Ölkənin epidemioloji durumunu isə Səhiyyə Nazirliyi və ya baş epidemioloq qiymətləndirmə edə bilər”. 

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı sorğumuza cavab olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın işinə müdaxilə etmək istəmədiyini bildirib:
 

“Mənim hansısa fikir bildirməyim doğru olmaz. Karantin rejiminin sərtləşdirilməsi və ya qapanmaların olacağı barədə qərarları Operativ Qərargah verir.


Əlbəttə ki, son vaxtlar yoluxma və ölüm sayında azalma müşahidə olunur. Amma istənilən halda epidemioloji durumu analiz edən biri kimi karantin tədbirləri ilə bağlı qərarları yalnız Operativ Qərargah verə bilər”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hazırki epidemioloji duruma görə sərt karantin tədbirlərinə və qapanmalara gedilməsinə ehtiyac olmadığını deyib:

“Amma durumu proqnozlaşdırmaq mümkün olmur. Karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac yaranarsa, bu, həyata keçirilə bilər. Bu da epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı ola bilər.
 

Əlbəttə ki, Britaniya ştammının Avropa yayılması müəyyən təhlükələr yaradır. Amma Azərbaycandakı hazırki epidemioloji durum karantin qaydalarının sərtləşməsinə ehtiyac yaratmır. Növbəti situasiyaya uyğun vəziyyəti dəyərləndirmək olar”,- deyə həkim əlavə edib.


Məlumat üçün bildirək ki, dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 114 milyon 689 min 260 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 2 milyon 543 min 310 nəfərdir. İndiyədək 90 milyon 244 min 137 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 384 956 nəfər koronavirusa yoluxub, 8230 nəfər isə dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 255 344 nəfər virusa yoluxub, 525 776 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 112 241 yoluxma qeydə alınıb. Onlardan 157 195 nəfəri vəfat edib.
 

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 551 259 nəfərdə virus aşkar edilib. Xəstələrdən 255 018 nəfəri həyatını itirib.


Dördüncü yerdə qərarlaşan Rusiyada 4 246 079 yoluxma, 86 122 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 176 554 nəfər virusa yoluxub ki, onlardan 122 849-u ölüb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Sürücülərə ŞAD XƏBƏR - Yeni dairəvi yollar tikiləcək - FOTO

Sürücülərə ŞAD XƏBƏR - Yeni dairəvi yollar tikiləcək - FOTO

Kimlər daha tez təqaüdə çıxa bilər? — AÇIQLAMA

Kimlər daha tez təqaüdə çıxa bilər? — AÇIQLAMA

Mələkxanım Eyubova yeni doğulan nəvəsinə məclis KEÇİRDİ - VİDEO

Mələkxanım Eyubova yeni doğulan nəvəsinə məclis KEÇİRDİ - VİDEO

Əziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd oldu

Əziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd oldu

ABŞ Oman körfəzində İran tankerini darmadağın etdi

ABŞ Oman körfəzində İran tankerini darmadağın etdi

Sibiqa Bayramovla danışarkən: "Ukrayna Azərbaycana minnətdardır"

Sibiqa Bayramovla danışarkən: "Ukrayna Azərbaycana minnətdardır"

Nazir çex həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO

Nazir çex həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO

Abşeronda əməliyyat: saxlanılanlar var

Abşeronda əməliyyat: saxlanılanlar var

"İndi qorxumdan heç bir restoranda yemək yemirəm"

"İndi qorxumdan heç bir restoranda yemək yemirəm"

Tramp Uitkof və Kuşneri İrana göndərir?

Tramp Uitkof və Kuşneri İrana göndərir?

Baş Prokurorluq bəzi saytlarda yayılan xəbərlə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq bəzi saytlarda yayılan xəbərlə bağlı MƏLUMAT YAYDI

“Şəfa” autsayderlə oyunda xal itirdi - VİDEO

“Şəfa” autsayderlə oyunda xal itirdi - VİDEO

Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

ABŞ Yaxın Şərqə daha bir "uçan radar" göndərdi

ABŞ Yaxın Şərqə daha bir "uçan radar" göndərdi

“Bu şəkli seç, travmanı öyrən” - Trendə çevrilən testlər doğrudurmu?

“Bu şəkli seç, travmanı öyrən” - Trendə çevrilən testlər doğrudurmu?

Livan və İsrail danışıqların 3-cü raunduna hazırlaşır - Vaşinqtonda olacaq

Livan və İsrail danışıqların 3-cü raunduna hazırlaşır - Vaşinqtonda olacaq

Bakıda məşhur restoranda BİABIRÇI MƏNZƏRƏ - FOTO

Bakıda məşhur restoranda BİABIRÇI MƏNZƏRƏ - FOTO

Kadir İnanır tanınmaz halda - FOTO

Kadir İnanır tanınmaz halda - FOTO

Bu şəhərdə su xəttində QƏZA: məhdudiyyət tətbiq edilir

Bu şəhərdə su xəttində QƏZA: məhdudiyyət tətbiq edilir

Gəncədə qızqaçırma zamanı DAVA: 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü

Gəncədə qızqaçırma zamanı DAVA: 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü

Oljas Bektenov Azərbaycana səfər edəcək

Oljas Bektenov Azərbaycana səfər edəcək

End of content

No more pages to load

RADİO