Bu gün gənc siyasi fəal, "Yeni Müsavat" qəzetinin müxbiri Nərgiz Yaqublunun vaxtsız vəfatından bir il keçir.
Bununla bağlı paytaxtın mərasim evlərindən birində tədbir düzənlənib.
Mərasimdə mərhumun qohumları, iş yoldaşları, yaxınları, siyasi və ictimai fəallar, ziyalılar, partiyadaşları iştirak edirlər.
Müsavat başqanı Arif Hacılı, MSDM-nin rəhbəri İsa Qəmbər, "Yeni Müsavat " media qrupunun rəhbəri Rauf Arifoğlu və başqaları Nərgizlə bağlı xatirələrini bölüşüblər və ona Allahdan rəhmət diləyiblər.(Musavat.com)
Mərasimdən fotoları təqdim edirik:

























