Mais Ağayev: “Bakıda tramvay xətti çəkiləcək, işlərə başlandı”

Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan "Evimizdə” proqramında deyib.

Onun sözlərinə görə, 2021‒2030-cu illər üzrə "Dövlət Proqramı” çərçivəsində BNA qarşısında dayanan vəzifələr var:

"2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır ki, məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir.

Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq. Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq.

Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər. Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir.

Eyni zamanda velosiped sürənləri də nəzərdə tutulur. Bizim əsas hədəflərimizdən biri də odur ki, velosiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın.

Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır. Təəssüf ki, bu gün velosiped infrastrukturu demək olar ki, yoxdur. Bəzən özüm də həftəsonu işə velosipedlə getmək istəyirəm, yalnız düşünürəm ki, hansı yolla gedim? Təəssüf ki, getmək olmur”.

M.Ağayev onu da əlavə edib ki, yollarda velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub:

"İlkin olaraq pilot layihə həyata keçirməyə çalışırıq. Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir.

Daha sonra bir neçə maraq dairəsini birləşdirən zolaqlar çəkiləcək. Məsələn, Bakı Olimpiya Stadionu, Atletlər kəndini, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi, Gimnastika arenasını birləşdirən bir velosiped zolağı. Bu da daha sonra bir şəbəkə halını alacaq. Bu işlər nəzərimizdə var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Novxanıda öldürülən gəncin KİMLİYİ məlum oldu

Novxanıda öldürülən gəncin KİMLİYİ məlum oldu

Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

BU ŞƏXSLƏRƏ üçaylıq məvacib həcmində müavinət veriləcək

BU ŞƏXSLƏRƏ üçaylıq məvacib həcmində müavinət veriləcək

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb KÖMƏK İSTƏDİ

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb KÖMƏK İSTƏDİ

Türkiyənin Ali Seçki Komissiyasına yeni sədr seçildi

Türkiyənin Ali Seçki Komissiyasına yeni sədr seçildi

Novxanıda bıçaqlanma: Gənc oğlan öldürüldü

Novxanıda bıçaqlanma: Gənc oğlan öldürüldü

Kababla ən yaxşı “gedən” spirtli içki növü AÇIQLANDI

Kababla ən yaxşı “gedən” spirtli içki növü AÇIQLANDI

Bir il əvvəl çiçək “dənizi” idi, bu il isə boz çöllük – Lalələr niyə yoxa çıxıb?

Bir il əvvəl çiçək “dənizi” idi, bu il isə boz çöllük – Lalələr niyə yoxa çıxıb?

WP: İran ABŞ obyektlərinə rəsmi açıqlanandan daha çox ziyan vurub

WP: İran ABŞ obyektlərinə rəsmi açıqlanandan daha çox ziyan vurub

Qadın 700-dən çox lotereya bileti oğurladı - Amma heç nə udmadı

Qadın 700-dən çox lotereya bileti oğurladı - Amma heç nə udmadı

ABŞ-da 7 yaşlı qızı boğaraq öldürən kuryer edam ediləcək - VİDEO

ABŞ-da 7 yaşlı qızı boğaraq öldürən kuryer edam ediləcək - VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium GÖNDƏRİLƏCƏK

Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium GÖNDƏRİLƏCƏK

Avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI

Avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI

“Real” azarkeşləri Mbappenin klubdan göndərilməsini tələb edirlər

“Real” azarkeşləri Mbappenin klubdan göndərilməsini tələb edirlər

Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Türkiyəyə keçidinə İCAZƏ VERMƏDİ

Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Türkiyəyə keçidinə İCAZƏ VERMƏDİ

Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs SAXLANILDI

Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs SAXLANILDI

Asif həkim dəfn edildi – VİDEO

Asif həkim dəfn edildi – VİDEO

Qızıl kəskin bahalaşdı

Qızıl kəskin bahalaşdı

Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng etdi - FOTO

Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng etdi - FOTO

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Toyuğu isti su ilə əridirsiniz? – Bu məlumatdan sonra fikriniz dəyişəcək

Toyuğu isti su ilə əridirsiniz? – Bu məlumatdan sonra fikriniz dəyişəcək

İnzibati xəta törətmiş sürücülərlə bağlı YENİ QAYDA

İnzibati xəta törətmiş sürücülərlə bağlı YENİ QAYDA

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

AFFA "Sumqayıt"ı 10 min manat CƏRİMƏLƏDİ

AFFA "Sumqayıt"ı 10 min manat CƏRİMƏLƏDİ

End of content

No more pages to load

RADİO