Qənirə Paşayeva Lələ Təpədən şəhid məzarına səpmək üçün torpaq götürdü...

Füzulidəyik... Lələ təpə yaxınlığındayıq! Şəhidlərimizin qanı-canı ilə işğaldan azad etdiyi Vətən torpağı. 23 ildir işğal altında olan, həsrət qaldığımız Vətən torpağı. Diz çöküb öpdüm doyunca. Qoxladım ciyər dolusu. Həsrət qaldığın Vətən torpağının qoxusu bir başqa cür olur. Lələ Təpə! Sən üzərindəki bu qədər şəhidimizin qanı ilə bizim üçün and yerisən, daha da müqəddəssən. Sanki bizim qədər 23 ildir düşmən tapdağı altında qalan Lələ təpə də sevinirdi. Sanki "Sizi çox gözlədim, nəhayət gəldiniz. Bilirdim gələcəyinizi. Bilirdim qoymazsınız məni düşmən tapdağı altında. Bilirdim mənim üçün bu qədər can versəniz də gələcəksiniz. Çünki mən Vətən torpağıyam" deyirdi sevincək. 

Oturub doyunca baxdım Lələ Təpəyə. Uşaq kimi idim. Bəlkə yüz dəfə dua etdim Allaha. Çox şükr, şəhid dostlarıma söz vermişdim. İşğaldan azad edəcəyimiz Vətən torpağı gətirib tökəcəm qəbrinizə deyə. Hər gün ölsəm gedəndə nə cavab verəcəm onlara, sözümü də tuta bilmədim deyirdim. Şəhidlərimiz məni biz az da olsa bu vicdan yükündən xilas etdilər. İndi onların üzərinə aparıb torpaq tökəcəm və rahat yatın, qalan torpaqlarımızı da bir millət olaraq azad edəcəyik deyəcəm. Və Allaha da hər gün o günü görməyi və şəhid dostlarıma verdiyim sözü tam yerinə yetirməyi mənə nəsib etməyi diləyəcəm yenə hər gün. Və inanıram ki, o gün uzaqda deyil. Lələ Təpə yaxınlığındayıq. Son 25 ildə heç zaman və heç bir yerdə bu qədər gözəl nəfəs almamışdım. Buradan işğal altında olan kəndlərimizə baxırdım. Gəlin deyirdilər, gəlin, gözləyirik. Torpaq götürdüm şəhid dostlarımın məzarına səpmək üçün. Sonra Lələ Təpə uğrunda döyüşmüş əsgər və hərbiçilərimizlə görüşdük Füzulidə. Əziz şəhidlərimiz və dəyərli ordumuz çox böyük qəhrəmanlıq ediblər və işğaldan azad edilən yerlərimiz bizim üçün Vətən torpağı kimi ən qiymətli olmaqla yanaşı strateji anlamda da çox vacib nöqtələrdir. Ön cənhədə əsgər və hərbiçilərimizlə bir samavar çayı da içdik. Hamısı böyük ruh yüksəkliyi içindədir. Düşmənə hər an layiqli cavab verəcək qədər güclü, şəhid olmağı qürur sayacaq qədər mərd, mətanətli. Ali Baş Komandanın əmrini gözləyirik hər an deyəcək qədər hazırlıqlı. Bir-bir əllərini sıxıram və bundan qürur duyuram. Şəhid yoldaşlarından danışırlar. Onların qəhrəmanlıqlarından. Nur içində yatın əziz şəhidlərimiz. Heç bir zaman Vətən, millət sizi unutmayacaq deyirik. Ali Baş Komandanımızla, Ordumuzla qürur duydum bir daha. Ali Baş Komandanımıza, Müdafiə nazirimizə, igid əsgər və hərbçilərimizə və ən önəmlisi Vətənimiz üçün şəhid olan qardaşlarımıza təşəkkür edirik. 

Sonra Füzulidən olan şəhidlərimizin ailələrini ziyarət edib, dəyərli ailələrinə başsağlığı verdik. Son əməliyyatlar zamanı Füzulidən 4 qardaşımız şəhid olub. Hamısı da qorxmaz, mərd. Ailələri isə Vətən sağ olsun deyəcək qədər Vətən sevdalı, mərd. Ali Baş Komandanın əmrindəyik, hər an Vətən üçün deyəcək qədər Vətən aşiqi. Allah hər zaman onların, ordumuzun, millətimizin və dövlətimizin yardımçısı olsun. İnşallah torpaqlarımız azad olunacaq. Biz hamımız inanırıq ki, o gün uzaqda deyil".

Qənirə Paşayeva, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kəlbəcərdə qarlı nağıl - VİDEO

Kəlbəcərdə qarlı nağıl - VİDEO

Samir Bağırov: "İllərdi anamı görmürəm"

Samir Bağırov: "İllərdi anamı görmürəm"

Bakıda minik avtomobili yol kənarındakı maneəyə çırpıldı - VİDEO

Bakıda minik avtomobili yol kənarındakı maneəyə çırpıldı - VİDEO

“ChatGPT”nin “əhval-ruhiyyəsini” özünüz təyin edə biləcəksiniz

“ChatGPT”nin “əhval-ruhiyyəsini” özünüz təyin edə biləcəksiniz

Putinin Ukrayna ilə bağlı mövqeyi dəyişməyib

Putinin Ukrayna ilə bağlı mövqeyi dəyişməyib

Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun VURULDU

Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun VURULDU

"Traktor" klubunun sahibi: “Azərbaycan xalqına qarşı hörmətsizliyə göz yummayacağam”

"Traktor" klubunun sahibi: “Azərbaycan xalqına qarşı hörmətsizliyə göz yummayacağam”

"OpenAI" şirkəti işçi axtarır: İllik maaşı 555 min dollar olacaq

"OpenAI" şirkəti işçi axtarır: İllik maaşı 555 min dollar olacaq

Şərurda qəza - 8 kəndin qazı kəsildi

Şərurda qəza - 8 kəndin qazı kəsildi

Pulu özünə çəkən 4 bürc — Hər işləri bərəkətli olur

Pulu özünə çəkən 4 bürc — Hər işləri bərəkətli olur

Moskvada Azərbaycan və Rusiya ziyalılarının görüşü keçirildi

Moskvada Azərbaycan və Rusiya ziyalılarının görüşü keçirildi

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək - FOTO

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək - FOTO

Ukrayna dronları Rusiyanın 51 xüsusi təyinatlısını məhv etdi - ANBAAN VİDEO

Ukrayna dronları Rusiyanın 51 xüsusi təyinatlısını məhv etdi - ANBAAN VİDEO

Eyni hədiyyəni arvadına və sevgilisinə ALDI - ARA QARIŞDI - VİDEO

Eyni hədiyyəni arvadına və sevgilisinə ALDI - ARA QARIŞDI - VİDEO

SON DƏQİQƏ: Ukrayna və Rusiya razılığa gəldi - BU ƏRAZİDƏ ATƏŞKƏS ELAN EDİLDİ

SON DƏQİQƏ: Ukrayna və Rusiya razılığa gəldi - BU ƏRAZİDƏ ATƏŞKƏS ELAN EDİLDİ

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi

Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi

Polis əməkdaşları qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır - FOTO

Polis əməkdaşları qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır - FOTO

Rusiya ordusu Kupyanskda mühasirəyə alınıb - Viktor Trequbov

Rusiya ordusu Kupyanskda mühasirəyə alınıb - Viktor Trequbov

Fransanın kino ulduzu Bricit Bardo vəfat etdi

Fransanın kino ulduzu Bricit Bardo vəfat etdi

AKINCI yeni sursatlarla hədəfləri BELƏ MƏHV ETDİ - VİDEO

AKINCI yeni sursatlarla hədəfləri BELƏ MƏHV ETDİ - VİDEO

Sabah yollar dumanlı olacaq - Buz bağlayacaq

Sabah yollar dumanlı olacaq - Buz bağlayacaq

Sabah bu insanlar üçün hava necə olacaq?

Sabah bu insanlar üçün hava necə olacaq?

Baykar şirkəti bunu da bacardı - Dünyada ilk dəfə - VİDEO

Baykar şirkəti bunu da bacardı - Dünyada ilk dəfə - VİDEO

End of content

No more pages to load

RADİO