İctimai televiziya Xocalı soyqırımı ilə əlaqədar yeni video-çarx hazırlayıb.
Bizim.Media xəbər verir ki, video rolikdə Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayev və 26 fevralda şəhid olmuş Xocalı sakinləri canlandırılıb.
Kadrlarda Çingiz Mustafayev o gecə şəhid olmuş uşağa:
“Qaldır üzünü, üzünü qaldır. Ay Allah. Gəl, qorxma, qorxma, Ordumuz qisasımız aldı”, sözlərini deyir. Bundan sonra bütün Xocalı şəhidləri yerlərindən qalxaraq Çingizin arxasıyca, günəşə doğru gedirlər.
Orijinal ssenari ilə çəkilən video çarxda 44 günlük Vətən müharibəsində Müzəffər ordumuzun qazandığı qələbə xüsusilə qeyd olunub.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media