10 manatlıq yağlı vəd – Dövlət onları nəzarətə götürəcək - ARAŞDIRMA

Son vaxtlar işədüzəltmə adı altında insanların aldadılması halları artıb. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan bəzi firmalardan gələn şikayətlərin ardı-arası kəsilmir.

Sosial şəbəkələr üzərindən yayılan şikayətlərdə bəzi işədüzəlmə bürolarının qadağan olunmuş fəaliyyətlə məşğul olduqları bildirilir.

Bu cür bürolar vətəndaşlara anket doldurtdurub, 10 manatı aldıqdan sonra, iş olsa belə, həmin vətəndaşla maraqlanmır. Onların əsas məqsədi işədüzəltmə deyil, qazanmaqdır.

Bəziləri xaricə işə düzəltmək məqsədilə müraciət edənlərdən ya pul tələb edir, ya əxlaqsızlıqla məşğul olur, ya da insanları qadağan olunmuş fəaliyyətə cəlb edir. İş axtarışında və ehtiyacında olan vətəndaşlar isə özlərini dövlət qurumu kimi təqdim edən bu firmalar tərəfindən rahatlıqla aldanırlar. 

Təssüf ki, işə ehtiyacı olan insanlar işədüzəltmə firmalarını və divarlara vurulmuş iş elanlarını araşdırmadan, rəsmi qeydiyyatının olub-olmadığı barədə maraqlanmadan bu cür bürolara müraciət edirlər.

Vətəndaşların ya ödədikləri pulları batır, ya əxlaqsızlığa cəlb edilir, ya da insan alverinin qurbanına çevrilirlər. 

Ümumiyyətlə işədüzəltmə fəaliyyətini həyata keçirmək sahibkarlıq fəaliyyətidir. Bunun üçün işədüzəltmə bürosunun sahibi VÖEN almalıdır. İşədüzəltmə büroları işə götürənlə işə düzələn arasında vasitəçi funksiyasını yerinə yetirir.

Amma bu ad altında saxta iş elanları verənlər dələduzluğa yol vermiş sayılırlar ki, belə şəxslər Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb olunurlar.

Bu bir növ insanların etibarından sui istifadə edib onları aldatmaqdır. İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılmır.

Halbuki onlar iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məşğulluq orqanlarına məlumat verməlidirlər. 

Qeyd edək ki, 2018-ci ildə "Məşğulluq haqqında" qanun qəbul edilib.

Qanuna görə işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınn rəhbəri Sahib Məmmədov Bizim.Media-ya açıqlamasında ölkədə fəaliyyət göstərən işədüzəlmə bürolarına dövlət nəzarətinin həyata keçirilmədiyini deyib:

“Əvvəl elədi ki, firmalar özləri evlərin, binaların qarşısına gəlib yaxşı maaş və iş təklifi ilə çıxış edirdilər. İnsanları şirnikləndirici vədlər verirdilər. Elanlar yazıb qoyurdular. İndi bunları internet üzərindən və sosial şəbəkələr üzərindən reallaşdırırlar.

İnsanlardan ilkin ödəniş kimi 10 manatı alıb, onları aldadırlar. İnsanlar aldadıldıqlarını başa düşdükdən sonra şikayət etmirlər. Beləcə də məsələ bitmir. 10-15 manat verən adam fikirləşir ki, polisə ərizə ilə müraciət edəcək, şikayəti üzrə 5-6 dəfə gediş gələcək.

10 manatın əvəzinə 30-50 manat xərcləməli olacaq. Şikayət olmur və problem də artmaqda davam edir. Bəzi işədüzəltmə firmaları arasında insanları həqiqətən də uyğunsuz işlərə cəlb edənlər var.

Bunun ən ağır forması ya insan alveri, ya da məcburi əməkdir. Bu, artıq dələduzluq deyil, ağır cinayətdir.  Azərbaycanda bu hallar geniş yayılmasa da, hər halda mövcuddur”.

Hüquq müdafiəçisinin fikrincə, dələduzluqla məşğul olan firmalarla mübarizə üçün insanların fəallığı olmalıdır:

“Aldanan insanlar kütləvi surətdə şikayət etsə, reaksiyalar olar və fırıldaqçı büroların sahibləri məsuliyyətə cəlb olunar. Məsələnin ən yaxşı nəzarət yolu məlumatlı və maarifləndirici olmaqdır.

Şəxs təsadüf nəticəsində yaradılmış bürolara getməmişdən əvvəl onun fəaliyyətini araşdırmalıdır. Səliqəli işə götürənlər, müəyyən koorporasiyalar müqavilələrlə insanları işə götürə bilərlər. Onlar özlərinə ciddi partnyorlar seçirlər”.

Sahib Məmmədov ciddi fəaliyyət göstərən işədüzəlmə firmalarının Vergilər Nazirliyində MMC kimi qeydiyyatdan keçməli olduqlarını vacib sayıb:

“Vahid pəncərə üzərindən, hüquqi şəxslər kimi qeydiyyatdan keçə bilərlər. Belə olarsa, müvafiq icra orqanı bu barədə məlumatlı olsun. Vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu cür firmaları lisenziyaya alırdı. Sonra o ləğv olundu. İndi prosedurlar elektron formada həyata keçirilir”.

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərin reyestrinin aparılması Nazirlər Kabinetinin 8 avqust 2019-cu il tarixli qərarı ilə təsdiq edilib.

Qərarda həmin hüquqi şəxslərə dair tələblər də müəyyənləşdirilib:

“Reyestr hazıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qurulur. Hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərin reyestrinin yaradılması işləri demək olar tamamlanmaq üzrədir. Bu fəaliyyət növü ilə məşğul olan bütün hüquqi şəxslərin reyestrə cəlb olunması və onların fəaliyyətinin əlaqələndirilməsi həyata keçiriləcək”. 

Agentlik rəsmisi hüquqi şəxslərin reyestrdə qeydiyyatdan keçməsini vacib hesab edir:

“Bu fəaliyyət növü ilə məşğul olan şəxslərin iqtisadi fəaliyyət növü işədüzəltmədə vasitəçilik fəaliyyəti olmalıdır və vergi orqanlarında qeydiyyatdan keçməlidir. Bu vahid elektron informasiya bazası istifadəyə verildikdən sonra işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə qarşılıqlı məlumat mübadiləsi aparılacaq. Yeni sistem vətəndaş narazılığının, pərakəndə fəaliyyətin və qeyri-qanuni halların qarşısını alacaq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Həzi Aslanov" metro stansiyasına yaxın təmirli mənzillər ipoteka imkanı ilə satışa çıxdı! - "Highland Residence"

"Həzi Aslanov" metro stansiyasına yaxın təmirli mənzillər ipoteka imkanı ilə satışa çıxdı! - "Highland Residence"

“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

Bu da “Koroğlu”nun atı – VİDEO

Bu da “Koroğlu”nun atı – VİDEO

4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları AÇIQLANDI

4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları AÇIQLANDI

KİV: ABŞ İranla razılıq əldə etmək üzrədir - DETALLAR

KİV: ABŞ İranla razılıq əldə etmək üzrədir - DETALLAR

4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub – RƏSMİ

4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub – RƏSMİ

Naxçıvanda dövlət qurumu ləğv edildi

Naxçıvanda dövlət qurumu ləğv edildi

Simonyan Belarusla bağlı sözlərinə görə üzr istəmədi

Simonyan Belarusla bağlı sözlərinə görə üzr istəmədi

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir – SİYAHI

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir – SİYAHI

"Card to card" ödənişləri ilə bağlı XƏBƏRDARLIQ

"Card to card" ödənişləri ilə bağlı XƏBƏRDARLIQ

Suriyada özbək döyüşçülər saxlanıldı

Suriyada özbək döyüşçülər saxlanıldı

Rusiyadan SƏRT MESAJ - "Ermənistanı müstəqilliyini itirmək riski ilə üz-üzədir”

Rusiyadan SƏRT MESAJ - "Ermənistanı müstəqilliyini itirmək riski ilə üz-üzədir”

“Sabah” ardıcıl 4-cü dəfə Azərbaycan ÇEMPİONU OLDU

“Sabah” ardıcıl 4-cü dəfə Azərbaycan ÇEMPİONU OLDU

Papadan Trampın ittihamlarına CAVAB

Papadan Trampın ittihamlarına CAVAB

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Hacı Vəliyevə hökm oxundu

Hacı Vəliyevə hökm oxundu

Taleh Kazımov: “Kartdan əlavə pul çıxılmır, sistem balansın olub-olmadığını yoxlayır”

Taleh Kazımov: “Kartdan əlavə pul çıxılmır, sistem balansın olub-olmadığını yoxlayır”

Əlavə qazanc gətirir, vergidən azad edir... – Hər ay 100 manat ödəmək KİFAYƏTDİR

Əlavə qazanc gətirir, vergidən azad edir... – Hər ay 100 manat ödəmək KİFAYƏTDİR

Rusiya ordusu Sumı şəhərinin mərkəzinə zərbə endirdi - VİDEO

Rusiya ordusu Sumı şəhərinin mərkəzinə zərbə endirdi - VİDEO

“Samsung”un bazar dəyəri 1 trilyon dolları keçdi

“Samsung”un bazar dəyəri 1 trilyon dolları keçdi

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil etdi – FOTO/VİDEO

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil etdi – FOTO/VİDEO

Pakistanın Baş naziri Trampa təşəkkür etdi – FOTO

Pakistanın Baş naziri Trampa təşəkkür etdi – FOTO

Egey dənizində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu YÜK GƏMİSİ BATDI

Egey dənizində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu YÜK GƏMİSİ BATDI

Bakıda məhkum kamera yoldaşını öldürdü

Bakıda məhkum kamera yoldaşını öldürdü

End of content

No more pages to load

RADİO