Qənirə Paşayevadan Müdafiə Nazirliyinə ilginc təklif...

Bir az əvvəl son döyüşlər zamanı şəhid olmuş qardaşımız şəhid polkovnik-leytenant Raqif Orucovun Sumqayıtda ailəsini zyarət edib, şəhidimizə Allahdan rəhmət, əzizlərinə səbr dilədik. Şəhidlər arasında onun adını eşidən zaman qəribə hisslər keçirmişdim. Onu yaxından tanıyırdım. Ön cəbhə bölgələrinə səfərlərimiz zamanı tanış olmuşdum. Əsl hərbçi idi. Vətənini dəlicəsinə sevən bir insan. 20 yaşında olanda evini itirmişdi Raqif bəy. Ağdamın Cinli kəndindəndir. Çox gənc yaşlarında kəndləri, evləri işğal olunub və anasını da həmin zaman itirib. 42 yaşlı anası Ermənistanın doğuldduğu kəndi işğal etməsi zamanı şəhid olub. Çullu kəndində dəfn ediblər. Amma qəbirdaşı belə qoya bilməyiblər. Ermənistan Çullunu da işğal edib mərhumun 7-nə qədər. 40-nı Ağdamın mərkəzində veriblər. Az sonra ora da işğal olunub və bütün həyatını torpaqlar işğaldan azad olunana qədər hərbidə keçirəcəyinə, torpaqlarımızın işğalı üşün mübarizə aparacağına and içib Raqif qardaşımız. 

Hərbi həyatının böyük hissəsi ön cəbhədə keçib. Ağdamdan isə ayrıla bilmirmiş.Əfətli yaxınlığında yüksəklikdən kəndimizə, anamın məzarına baxıram deyərdi. Torpaqlarımızı işğaldan azad etmək arzu və istəyi ilə yaşayardı. Dəyərli xanımı Sevinc xanım fotoları göstərir. Amma ailəsi ilə birlikdə istirahətdə olan bir foto da yoxdur. "Hər zaman deyərdi nə istirahət, ay xanım, indi istirahət vaxtıdı, indi ön cəbhədə işləmək vaxtı"-deyərdi deyə kövrək səslə danışır Sevinc xanım. Ən son ailəyə sözü də oğluna yaxşı oxumaq, imtahanları qazanmaq məsləhəti olub. Sevinc xanım danışdıqca Rafiq bəyin gülər üzünü, işğal olunmuş torpaqlardan danışanda gözlərindəki kədər və intiqam hissini xatırlayırdım. Onun haqqında geniş bir yazı yazacam. Onun gördüyü önəmli işlər, xidmətləri heç zaman unudulmayacaq. Dəyərli xanımı Sevinc xanıma, iki gözəl və ağıllı oğluna Allah hər zaman yardımçı olsun. Əziz şəhidimiz Raqif qardaşımız heç zaman unudulmayacaq. Ailəsinin tək istəyi qanı yerdə qalmasın və onun doğulub, böyüdüyü torpaqlarımız işğaldan azad edilsin və onun adı orada da əbədiləşdirilsin. Müdafiə Nazirliyimiz yaxşı olardı ki, şəhid oğullarımızın adına azad etdiyimiz yüksəkliklərdə bir xatirə lövhəsi, abidəsi qoysun. Bu çox gözəl bir adddım olardı. Nur içində yat, Raqif qardaşımız və bütün digər şəhid qardaşlarımız.

Qənirə Paşayeva, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə gəmisi dron hücumuna məruz qaldı - FOTO

Türkiyə gəmisi dron hücumuna məruz qaldı - FOTO

“Şam yeməyində belə rəqabət aparırdı” - Ronaldodan danışdı

“Şam yeməyində belə rəqabət aparırdı” - Ronaldodan danışdı

Laçında yanğın: Alov yaşayış evlərinə çatmadan söndürüldü - FOTO

Laçında yanğın: Alov yaşayış evlərinə çatmadan söndürüldü - FOTO

Bu ölkə Qrenlandiyaya hərbçilərini GÖDƏRİR

Bu ölkə Qrenlandiyaya hərbçilərini GÖDƏRİR

Kevin Hasset: “Tramp hər dəfə danışanda bunu soruşur”

Kevin Hasset: “Tramp hər dəfə danışanda bunu soruşur”

Bankın şöbə müdiri vəfat etdi

Bankın şöbə müdiri vəfat etdi

İranın idman naziri Bakı Su İdman Sarayında - FOTO

İranın idman naziri Bakı Su İdman Sarayında - FOTO

Məşhur şadlıq sarayı 2.5 milyon manata satılır - FOTO

Məşhur şadlıq sarayı 2.5 milyon manata satılır - FOTO

Mirziyoyev Trampı Özbəkistana səfərə dəvət etdi

Mirziyoyev Trampı Özbəkistana səfərə dəvət etdi

"Toppuş bacı"nın ailəsində daha bir ağır itki - FOTO

"Toppuş bacı"nın ailəsində daha bir ağır itki - FOTO

Kiyev rəsmən açıqladı: Ukraynada 72 ölkənin vətəndaşı döyüşür

Kiyev rəsmən açıqladı: Ukraynada 72 ölkənin vətəndaşı döyüşür

Bakıda rüşvət şəbəkəsi quran sabiq məmura HÖKM OXUNDU

Bakıda rüşvət şəbəkəsi quran sabiq məmura HÖKM OXUNDU

Beyləqanda bir gündə ikinci faciə: Yeniyetmə kanalda batdı

Beyləqanda bir gündə ikinci faciə: Yeniyetmə kanalda batdı

Sabah dənizin suyu 27 dərəcə isti olacaq – ÇİMƏRLİK HAVASI

Sabah dənizin suyu 27 dərəcə isti olacaq – ÇİMƏRLİK HAVASI

Mustafa Sandal Ronaldoya meydan oxudu

Mustafa Sandal Ronaldoya meydan oxudu

17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

Bakıda qəribə oğurluq: Fəvvarənin dəmirlərini söküb apardı

Bakıda qəribə oğurluq: Fəvvarənin dəmirlərini söküb apardı

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

End of content

No more pages to load

RADİO