Sizin 25.12. 2015 -ci il tarixdə saytınızda yerləşdirdiyiniz Bağırova Vesmira Qabil qızının yazısına cavab olaraq aşağıdakıları qeyd etməyi vacib sayıram:
Bağırova Vesmira hadisələri həqiqətdən tamamilə kənar, tamamiylə düzgün olmayan tərzdə təqdim edi. Əslində Vesmira özü böhtan ve şantaj yolu ilə dolanmağa çalışır, o hətta öz yaxınlarını belə daha dəqiq desək atasını, qardaşını və başqa yaxın qohumlarını böhtanla uzun muddət məhkəmələrdə süründürür.
Yazdığı məqaləyə gəldikdə isə bildirmək istəyirəm ki , əslində hadisə o dediyi kimi olmamışdır. Mən Birləşmiş Ərəb Əmirliyindən gətirdiyim Tayota RAV-4 markali avtomobili 2012-ci ilin oktyabr ayında Ramilə Babayeva adlı bir xanıma satdim. O avtomobili bank yolu ilə alırdı, yəni 24000 (iyirmi dörd min) dollara aldığı avtomobilin 8000 ( səkkiz min) dollarını əvvəlcədən ödəniş etməklə qalan 16000 (on alti min) dolları həmin avtomobili girov qoymaqla bankdan götürüb verməliydi. Banka müraciət etdikdə Ramilənin başqa banka gecikməsi olduğu ücün avtomobilin onun adına rəsmiləşdirilməsinə bank razılıq vermədi. Sonra biz bu barədə müzakirə etdikdə Ramilə deyirdi ki bir yaxın inanılmış adam olsaydı onun adına götürərdik . Rəhimov Rəşad yanımızda olduğundan söhbəti eşitdi və Ramilədən xahiş etdi ki avtomobili onun adına rəsmiləşdirsin ve ona 100 manat şirinlik versin. Mən tərəddud etdikdə məndən də xahiş etdi ki, bəs mənim o 100 manata böyük ehtiyacım var, sən də Ramiləyə de mənim adıma etsin. Sonunda razılığa gəldik və avtomobili bankda Rəşadın adına rəsmiləşdirdik. Sonra Ramilə Rəşaddan etibarnamə alib getdi və banka ayda 600 dollar ödəməyə başladı. Bundan 7 ay keçdikdən sonra Ramilə mənə zəng vurub dedi ki, bəs yol polisi məni saxlayıb, avtomobili isə cərimə meydançasına aparır. Səbəbi də Rəşadın hələ 3 ay əvvəl etibarnaməni ləğv etməsidir . Sonra bu barədə mən Rəşaddan soruşanda dedi ki mən bilmirəm, anamdan soruş (qeyd edim ki, Rəşadin otuzdan yuxarı yaşı olmasına baxmayaraq onu anası idarə edir). Daha sonra mən Rəşadın anası Vesmiradan "bu nə məsələdi" deyə soruşanda bildirdi ki, mənim oğlumu aldadıb 100 manat vermisiz, indi ya 3000 manat verməlisiz, ya da məhkəməyə verib avtomobili Ramilədən alacam. Ramilə özu də dəfələrlə Vesmiraya xahiş edib, lakin Vesmira məhəl qoymayıb. Ramilə isə "niyə o qədər pul verməliyəm axı, etibarnaməni ver, qoy banka olan qalan borcu da ödəyim, axı mən 8000 dollar ilkin ödəniş etməklə sonradan da banka 4000 dollara yaxın ödəməklə ümumi 12000 dollar ödəmişəm, bəs mənim pulum?" dedi. Vesmira isə buna məhəl qoymayaraq Suraxanı rayon məhkəməsinə muraciət edərək avtomobili Ramilə Babayevadan aldı. ( qətname 2(010)-4894 2013 ) Sonra avtomobili başqa 2 nəfərə sataraq onların da əlindən almışdı. Və bu proseslər getdiyi müddətlərdə banka heç bir ödəniş olmamışdır və bank Rəşadı məhkəməyə verib avtomobili alib cərimə meydançasına qoyub. Rəşada da deyib ki, maşının qiyməti düşdüyündən və maşının vəziyyəti nasaz olduğundan onun dəyəri banka olan borcu ödəmir. Bunu eşidən Vesmira banka olan borcu ödəmək üçün yeni yollar axtarıb. Birdən yolda məni görüb və yadına düşmüşəm. Xətai rayon polis idarəsinə şikayət edib ki, guya mən Rəşadi aldadıb adına pul çıxarmışam.
Zəruri qeyd: Rəşad həm məhkəməyə həm də DYPİ -nə müraciət edəndə ərizəsində göstərib ki, mən öz şəxsi puluma maşın aldım, pulum çatmadığı üçün bankdan 16000 dollar götürəsi oldum...
Xətai Polis İdarəsində işə baxılmıb və mənim heç bir günahım olmadığı aydınlaşıb iş bağlanmışdır. Sonra Vesmira əlbəttə qarşısına qoyduğu planının axırına kimi getməsini qərarlaşdırmış və bütün qurumlara müraciətlər etmişdir. Xətai rayon prokurorluğunda əvvəlki rədd materialına xitam verilib, iş yenidən araşdırılması üçün istintaqa göndərilmişdir. Xətai rayon Polis İdarəsi istintaq şöbəsində müstəntiq Xosrov Şirinov işi araşdırmışdır, Vesmira onun da işindən narazı olmuş və qərəzli, böhtan, bir növ şantaj xaraterli müraciət hazırlamışdır. Böhtan ataraq guya müstəntiqin məndən rüşvət alaraq işi düzgün araşdırmaması barədə Sizə və yuxarı qurumlara müraciət etmişdir. DİN-də bu məsələyə dair araşdırma olmuş və Vesmiranın müstəntiqə böhtan atmasi aşkarlanmışdır. Bununla belə iş Xətai RPİ-dən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə istintaq araşdırılması üçün verilmişdir. İşin BŞBPİ-də tam şəffaf, qərəzsiz, profesional səviyyədə araşdırılmasına baxmayaraq Vesmira bundan da narazı qalıb və yenə də hara gəldi-aidiyyatı olub- olmayan qurumlara yazmışdır. Hər yerdə də danışır ki, nə olur- olsun mən öz istəyimə çatacam. Özümü guya binanın yuxarı mərtəbəsindən atıram kimi görsədib 102-yə məlumat verəcəm. Bunlar heç biri alınmasa Altayı şərləyib axır ki, istəyimə nail olacam. Bütün bunlardan belə qənaətə gəlmək olur ki Vesmira bu cür hərəkətlərlə, boş qışqır-bağırla, aidiyyatı olub-olmayan qurumlara yazmaqla istintaqın gedişinə mane olub qərarı öz xeyrinə dəyişə bilər. Amma o bilmir ki, Azərbaycan Respublikasının qanunları ancaq ədalətə və düzgünlüyə söykənir .
Hörmətli oxucular, hörmətli hüquqşünaslar, Sizdən xahiş edirəm bu məsələyə münasibət bildirəsiniz. Kimdir dələduz? Mən, yoxsa adına olmaqdan istifadə edib başqasının əmlakın mənimsəyən və çətinliyə düşdükdə başqasını günahlandıran Rəşad Rəhimov və onun anası Vesmira Bağirova?
Altay Hüseynov


