Azərbaycanda inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranışları ilə ictimai təhlükə yaradan narkomanlıq xəstəliyinə dücar olan şəxslər psixiatriya xəstəxanasına məcburi qaydada yerləşdiriləcəklər. "Moderator"un məlumatına görə, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında”x9d qanuna narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərlə bağlı dəyişiklik edilməsi təklif olunub.
Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, qanunun hazırkı variantında cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində məcburi tibbi tədbirlər tətbiq edilir.
Qanuna təklif edilən yeni dəyişiklikdə isə inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş narkomanlar da barəsində məcburi tədbirlər tətbiqi edilən şəxslərin sırasına əlavə edilib. Belə ki, yeni layihəyə əsasən, cinayət və ya inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində Mülki Prosessual Məcəlləyə uyğun olaraq, məcburi tibbi tədbirlər tətbiq ediləcək.
Təklif olunan dəyişikliklər cinayət və ya inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslərin Mülki Prosessual Məcəlləsinə uyğun olaraq, psixiatriya xəstəxanasına qeyri-könüllü yerləşdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.