Bizim.Media məlumat verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov məşhur tətbiq “ClubHouse”-da istifadəçilərin suallarını cavablandırıb.
“ClubHouse”da baş tutan bu müzakirə Azərbaycan rəsmisinin iştirak etdiyi ilk belə müzakirə formatı olub.
Qeyd edək ki, dəvət sistemi ilə işləyən “ClubHouse” tətbiqi son günlərin ən populyar tətbiq hesab olunur.
Yalnız dəvət sistemi ilə iOS istifadəçiləri tərəfindən istifadə edilə bilən “Clubhouse”-a qoşulmaq üçün tətbiqi istifadə edən bir istifadəçidən dəvət almaq və ora üzv olmaq şərtdir.
“Clubhouse” istifadəçilərə xüsusi səs otaqları yaratmaq və səs yazılarını orada paylaşmaq imkanı verir.
Artıq çox sayda azərbaycanlı “ClubHouse”-da qeydiyyatdan keçib. Tətbiq sosial, iqtisadi mövzuların müzakirəsi üçün olduqca əlverişli platforma hesab olunur.
Bizim.Media
