Bakıda daha bir intihar hadisəsi olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “Operativ Məlumat Mərkəzi” Telegram kanalında yerləşdirilib.
Mənbə yazır ki, hadisə Nizami rayonu ərazisində "Atletlər kəndi"ndəki binalardan birində baş verib.
Kimliyi hələ ki, bilinməyən şəxs özünü binadan atıb.
Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Bizim.Media