Milli Məclisin sabiq spikeri Oqtay Əsədovun keçmiş kürəkəni London merinin seçkilərində əsas namizədlərdən biridir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Facebook səhifəsində paylaşıb.
Jurnalist seçkilərin bir neçə ay sonra keçiriləcəyini qeyd edib:
"May ayında London seçiciləri bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir.
Kamran Balayev Milli Məclisin eks sədri Oqtay Əsədovun keçmiş kürəkənidir.
Budur, o gənc indi London meri olmağa hazırlaşır. Uğurlar arzulayaq, ümid edək ki, seçkini qazanacaq və London may ayından öz azərbaycanlı merini alqışlarla qarşılayacaq”.
Bizim.Media