Moderator.az xəbər verir ki, Bakı şəhər icra hakimiyyətinin ictimai və humanitar məsələlər şöbəsinin müdir müavini, lulturoloq, əməkdar incəsənət xadimi Eldar Xəlilovun verdiyi məlumata əsasən Bakı şəhəri icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamı ilə görkəmli elm, sənət, ilahiyyat xadimlərindən ibarət dini işlər üzrə komissiya yaradılıb.
Eldar Xəlilovun özünün də üzv olduğu komissiyaya 18 nəfərdən ibarət olmaqla İslam Universitenin rektoru Hacı Sabir Həsənli, professor Nizami Məmmədov, Heydər Əiyev məscidinin iki məzhəb üzrə axundları, Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabinetinin nümayəndələri daxil ediliblər.
AMEA-nın baş elmi işçisi, filologiya elmləri doktoru, professor Vüqar Əhməd də dini işlər üzrə komissiyanın üzvü seçilib. Komissiyanın sədri BŞİH-nin başçısının müavini Rauf Pənahovdur. Dini işlər üzrə komitə ilə razılaşdırılan komissiyanın fəliyyəti, səlahiyyətləri və tədbirlər planı barədə yaxın günlərdə ictiamaiyyətə ətraflı məlumat veriləcək.