Peyğəmbərlərin haqq olduğu quranda riyazi yolla necə sübut olunur?

“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!”x9d Quran, 43:5

Qurandakı rəqəmləri tədqiq edərkən, onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də bir qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini.

Surənin rəmzi olan 47 ədədinin sirri, elə Rəbbimin öz adına olan "Rəhimli Allah" surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır.


Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur:xa0
"Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"

Elə isə, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxaq:

78 ”“ 31 = 47xa0

Göründüyü kimi alınan ədəd "Məhəmməd" surəsinin sıra nömrəsidir.xa0

Bu fakt, Rəbbimlə Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də Quranın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində olmasının sübutudur.

xa0Buradan həm də belə bir nəticə hasil olur ki, xa0müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa bir ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər Allahın qüdrətinə şübhə edənlərdir.xa0

Surədəki eyni bir sualın 31 dəfə təkrar olunması da təsadüfü deyildir. Belə ki, 31 ədədi "Loğman" surəsinin sıra nömrəsi olmaqla, Quranda bu ədəd elm (ladun elmi) verilmiş şəxslərin rəmzidir.
xa0Sualın 31 dəfə təkrar olması o deməkdirki, bunun cavabını (sirrini) ancaq Allahın elm verdiyi şəxslər izah edə bilərlər (bu yazıda olduğu kimi).

Məhəmməd əleyhissəlam bəşəriyyətin kamillik rəmzi olduğundan, 47 ədədi həm də kamillik rəmzi sayılır. Buradan hasil olan nəticələrdən biri də odur ki, sualın cavabını verən şəxs elm sahibi olmaqla yanaşı, həm də kamil insan olmalıdır.
Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, peyğəmbərlik əslində elmlə kamilliyin vəhdətindən ibarətdir.

Yazını oxuyan gözüaçıq adam başa düşər ki, bu sirlərin açması insan beyninin məhsu deyildir. Bu, Allahdan gələn xüsusi bir vəhylə mümkündür.xa0
Və bu vəhyi o şəxs qəbul edə bilər ki, yuxarıda bəhs etdiyim kriteriyalara cavab versin. Yəni, onda elmlə kamilliyin vəhdəti olsun.

Təssüflə qeyd etməliyəm ki, bu gün Yerdə elmli adamlar çox olsa da, onlarda kamillik olmadığından, vəhy qəbul etməyə layiq olmurlar. Beləliklə də onlarda elə təəssürat yaranır ki, guya indiki dövrdə vəhy qəbul etmək, bu məqama layiq olmaq mümkün deyildir. xa0Amma yuxarıda göstərdiyim (həmçinin, bundan sonra təqdim edəcəyim) hesablamalar sübut edir ki, istənilən insanda elm və kamillik birləşərsə, artıq vəhy qəbul etməyə layiq olar və o, Qurandakı indiyədək açılmamış sirləri Allahın izni ilə aça bilər.

İbrahimin (ə) Peyğəmbərliyi hansı düsturla sübut olunur?

Allah-təala Qurani-kərimdə həmçinin, İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun həqiqətən də Özünün rəsulu olduğunu buyurur. xa0Bəs bu həqiqəti müqəddəs kitabda riyazi yolla necə sübut etmək olar.

Bildiyimiz kimi, "İbrahim" surəsi 14 ədədi ilə nömrələnmişdir. Bu surə yenə də riyazi yolla "Rəhimli Allah"a bağlanır.

Belə ki, "Rəhimli Allah" surəsinin sıra nömrəsi və rəmzi olan 55 ədədi Quranda 41 dəfə keçir (kitabın cəmi 41 surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır).

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir. (Quranın cəmi 55 surəsində 41-ci ayə var.)

Göründüyü kimi, Quranda 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxaq:

55 ”“ 41 = 14

Alınan 14 ədədi "İbrahim" surəsinin sıra nömrəsi olmaqla yanaşı, həm də onun Peyğəmbərliyinin riyazi sübutudur.
xa0
Bildiyimiz kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur.

Diqqətinizi bir maraqlı və hikmətli fakta cəlb edim ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi, fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu.
Bu hadisəni şərh edən kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir (çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi.)
Göründüyü kimi, bu gün Yerdə xeyirlə şər arasındakı balans pozulduğundan cəmiyyətdən xeyir-bərəkət çəkilmiş və fəlakətlər (zəlzələlər, daşqınlar, qəzalar...) həddən artıq çoxalmışdır. Getdikcə intensivləşən fəlakətlərdən xa0və qəzalardan sığortalanmağın yolu tövbədən və insanlara yaxşılıqlar etməkdən keçir.

Söz ardı: yeri gəlmişkən qeyd edim ki, yazıda şərh etdiyim 47 və 14 ədədlərinin sirrini açan düstur insan beyninin məhsulu deyildir. Bu sirlər dəyərli dostum Hacı Xalidə Həzrət Cəbrail əleyhissalam tərəfindən xa0vəhy olunmuş, yayılması elə həmin vəhylə də bu sətirlərin müəllifinə tapşırılmışdır.

Allahın aciz qulu və carçısı: Paşa Yaqub
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Analığı evdən qovduğu üçün küçədə gecələyir – 49 yaşlı Aqilin HƏYAT HEKAYƏSİ – FOTO

Analığı evdən qovduğu üçün küçədə gecələyir – 49 yaşlı Aqilin HƏYAT HEKAYƏSİ – FOTO

Qalibaf: “ABŞ-nin yetişdirdiyi yeganə məhsul inamsızlıqdır”

Qalibaf: “ABŞ-nin yetişdirdiyi yeganə məhsul inamsızlıqdır”

Diplomatik xidmət imtahanının nəticələri ilə bağlı MƏLUMAT

Diplomatik xidmət imtahanının nəticələri ilə bağlı MƏLUMAT

İyunun 29-da bu ərazidə qaz olmayacaq

İyunun 29-da bu ərazidə qaz olmayacaq

Azərbaycan və Qazaxıstan kağız blanklardan tam imtina edir - FOTO

Azərbaycan və Qazaxıstan kağız blanklardan tam imtina edir - FOTO

Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...

Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...

Sahibkarlara göstərilən dəstəyin səmərəliliyi qiymətləndiriləcək – Qərar

Sahibkarlara göstərilən dəstəyin səmərəliliyi qiymətləndiriləcək – Qərar

Zəlzələ ilə sarsılan Venesuela Azərbaycana TƏŞƏKKÜR ETDİ

Zəlzələ ilə sarsılan Venesuela Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hərbçilərimiz "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində - FOTO - VİDEO

Hərbçilərimiz "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində - FOTO - VİDEO

Baş nazirdən vergi ödəyiciləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən vergi ödəyiciləri ilə bağlı MÜHÜM QƏRAR

Mişel Obama xoşbəxt evliliyinin əsas sirrini açdı

Mişel Obama xoşbəxt evliliyinin əsas sirrini açdı

Tanınmış futbolçu Ukrayna müharibəsində HƏLAK OLDU

Tanınmış futbolçu Ukrayna müharibəsində HƏLAK OLDU

Sabah hərbi yürüş keçiriləcək şəhərlər AÇIQLANDI

Sabah hərbi yürüş keçiriləcək şəhərlər AÇIQLANDI

Polşalılar məzuniyyətdə necə xəyanət edirlər? — Özəl xəfiyyə şok faktları açdı

Polşalılar məzuniyyətdə necə xəyanət edirlər? — Özəl xəfiyyə şok faktları açdı

Sabah Bakıda 5 istiqamətdə hərbçilərin yürüşü olacaq – SİYAHI

Sabah Bakıda 5 istiqamətdə hərbçilərin yürüşü olacaq – SİYAHI

Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşüb? – Detallar açıqlandı - VİDEO

Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşüb? – Detallar açıqlandı - VİDEO

Ölümündən sonra təltif olunan polkovniklər...

Ölümündən sonra təltif olunan polkovniklər...

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı - FOTO

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı - FOTO

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib – FOTO

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib – FOTO

Leyla Əliyevadan növbəti paylaşım - VİDEO

Leyla Əliyevadan növbəti paylaşım - VİDEO

Karakasda qadın uşağını dağıntılardan belə qorudu – ANBAAN VİDEO

Karakasda qadın uşağını dağıntılardan belə qorudu – ANBAAN VİDEO

Sabirabadda ağır qəza: ÖLƏN VAR

Sabirabadda ağır qəza: ÖLƏN VAR

General rütbəsi verilən zabitlər kimdir? - Foto

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Rusiya və Rumıniya arasında diplomatik böhran: Sankt-Peterburqdakı Baş Konsulluq bağlanır

Rusiya və Rumıniya arasında diplomatik böhran: Sankt-Peterburqdakı Baş Konsulluq bağlanır

End of content

No more pages to load

RADİO