Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Mərkəzi Kliniki Xəstəxananın stomotoloqu Günel Əhmədova MEK-in əməkdaşları arasında diş müayinəsi aparıb.
İlk olaraq dişləri qorumaq məqsədilə maarifləndirmə tədbiri təşkil olunub. Mərkəzi Kliniki Xəstəxananın stomotoloqu Günel Əhmədovanın məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, dişlərə düzgün qulluq edilməsi həm sağlamlıq, həm də estetik baxımdan olduqca aktual problemlərdəndir. Çıxış zamanı dişlərin daim sağlam qalması üçün zəruri olan qaydalar sadalanıb, bir sıra diş xəstəliklərinin yaranma səbəbləri və profilaktika üsulları haqda ətraflı məlumat verilib.
Məruzənin sonunda əməkdaşları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra stomotoloji müayinə aksiyası keçirilib. Müayinə zamanı aksiya iştirakçıları arasında diş xəstəliklərinin ilkin diaqnostikası təyin olunub, lazımi məsləhətlər verilib.