"İlhamə Quliyevanın ölümü xəbərdarlıqdır"

Azərbaycanın tanınmış müğənniləri xalq artisti İlhamə Quliyevaya sosial şəbəkədə başsağlığı veriblər. ANS PRESS-in məlumatına görə, xalq artistinin ölümündən sonra bəstəkar, əməkdar artist Elza Seyidcahanın bir müddət əvvəl yazdığı şeir internetdə sürətlə yayılıb.

Nadir Qafarzadə, Rəqsanə, Nisə Qasımova, Xatirə İslam, Sevda Ələkbərzadə, Elnur və bir çox şou nümayəndələri primadonnanın ölümünə görə üzüldüklərini izləyiciləri ilə bölüşüblər.

Nadir Qafarzadə: "Səndən bir də olmayacaq! Allahın sevimli bəndəsi. Cümə axşamı vəfat etdin, cümə günü torpaqda uyuyacaqsan. Belə xoşbəxtlik hər adama nəsib olmur".

Nisə Qasımova isə insanlara müraciət edib. O, xalq artistinin ölümünə daha hörmətlə yanaşılmasını xahiş edib:  “Əlbəttə, buna heç inanmağım gəlmir. Allah rəhmət eləsin. Əziz dostlar, rica edirəm dünyasını dəyişənin dalınca xoşa gəlməz sözlər və fikirlər yazmayın. Allah yanında bəyənilməz bir şeydir bu. Heç kimin ölümünə sevinməyin. Günahdır. Mən bir şey bilirəm ki, bir insanın dünyadan köçməsi başqa bir insana xəbərdarlıqdır.


Xatirə İslam da sosial şəbəkədə izləyicilərindən xalq artistinin vəfatına hörmətlə yanaşılmasını tələb edib:  "Ay insanlar, sizin qəlbiniz daşdı? Ölən adama qarşı hirsiniz, kininiz soyumur? Biz beləyikmi, əslində? Onsuz da hamı bu dünyada qonaqdır, sevinmək çox böyük günahdır, qorxun Allahınızdan. O, sizə nesə demiyib, sənət adamlarına deyibsə onu da özümüz bilərik. Bu boyda sənətkara yazılan sözlərə baxın, heç utanırıqmı? İnanın istənilən müğənni ölsə bundan da betərlərini yazacaqsız, elə bil müğənni başqa planetin adamıdır. Biz buyuqmu, yəni?".

Əməkdar artist Elza Seyidcahanın sosial şəbəkədə yayılan şeiri:

Sevin ki, yaşayasız

Elə sevin ki, öləsiz

Öləndə elə ölün ki,

Qəbriniz üstə gələn olsun,

Üstünüzə su səpən olsun,

Qəbrinizdə çiçək olsun,

Çiçəkləri bitən gəlib

Dərən olsun,

Sinənizə sərən olsun.

Bizə halallıq verən olsun.

Kam alan olsun,

Halallıqdan qulaqları

Kar olan olsun.

Öləndə elə ölək ki,

O yerlərə gedək ki,

Süfrəmizi sərək ki,

Süfrəmïzdə su olsun

Qoy onun gözü üstümüzdə olsun.

Köksü üstə bir köz olsun,

Köz-köz olsun ardımızca

Baxan bütün dərdlərin.

Biz o yerlərə gedək ki,

Desinlər ki,

Biz də gedək,

Onun bizə sözü olsun.

Birimiz orda, birimiz burda,

Birimiz yolda, birimiz suda

Öləcəyik.

Öləndə elə ölək ki,

Biz o qəbirə gedək ki,

Kəfənimiz gəlin olsun

Qəbirdə bizi görən olsun,

Gözləyən olsun.

Gələn olsun qəbrimiz üstə,

Deyən olsun,

Sinəmiz üstə ölən olsun.

Öləndə elə ölək ki,

İkimiz olsun.

Bu olmasın, o olsun.

O olmasın,

Toy olsun, bayram olsun.

Sevgililər bir ölsün

Eşq sevənlərin olsun”¦

Xatirə İslamın "İnstaqram" səhifəsi

İlhamə Quliyeva bu gün səhər saatlarında insultdan vəfat edib. Ailəsi təcili tibbi yardım xidmətini çağırıb. İfaçı həkim müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Ə.Mirəliyevin qızı Samiranın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti uzun müddətdir ki, ağır idi.

"O, Tolikin ad gününə də ağır vəziyyətdə getmişdi. Əslində ora da getməməli idi. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayaqlarında ağrılar olurdu. Lakin bunu büruzə vermirdi", - Samira bildirib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO