Bu gün səhər saatlarından hazırki vaxtadək Ziya Bünyadov prospekti "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bizim.Media-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, sıxlıq səbəbindən Qara Qarayev prospekti - "20 Yanvar" dairəsi və əks istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.
Bizim.Media