Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Məmmədov Nicat çənə nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Xəstənin yaraları tikilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media