Hikmət Hacıyevdən çağırış: Hərbi obyektlərdən kənar durun

"Ermənistanın dövlət səviyyəsində mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı terroru və hərbi cinayətləri davam edir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin "Smerç" raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmişdir".

"Mayakov Artur Vasilyeviç Gəncəyə bibisi gilə qonaq gəlmişdi. Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaqdır. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilmişdir", - Prezidentin köməkçisi qeyd edib".

H.Hacıyev bildirib ki, "hazırda Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin ağır artilleriya və digər silahlardan atəşə tutulması davam edir: "Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almır".

"Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquqda təsbit olunmuş hərbi zərurət, legitim hərbi hədəflər və cavab tədbirlərinin proporsionallığı kimi tələblər ciddi şəkildə nəzərə alınır. Xankəndində olmuş xarici jurnalistlər tərəfindən də qeydə alındığı kimi Ermənistan tərəfi atəş nöqtələrini mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan istifadə edir".

"Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırırıq. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə işi yoxdur. Azərbaycan tərəfə keçmək istəyən mülki şəxslərə və hərbçilərə bütün humanitar yardım və dəstəyi göstərməyə hazırıq. Mülki insanlara qarşı törədilmiş müharibə və hərbi cinayətlərə, hərbi avantüraya görə məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya PUA-sı Dnepr səmasında belə vuruldu – ANBAAN VİDEO

Rusiya PUA-sı Dnepr səmasında belə vuruldu – ANBAAN VİDEO

Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

Mask insanlara pul paylamağı təklif etdi – FOTO

Mask insanlara pul paylamağı təklif etdi – FOTO

Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

"Space" telekanalı BAĞLANIR?

"Space" telekanalı BAĞLANIR?

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Rza Tamer vəfat etdi

Rza Tamer vəfat etdi

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

End of content

No more pages to load

RADİO