Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri, Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru polis polkovniki Sadiq Gözəlov təqaüd yaşına çatdığından nazirlikdəki mülki vəzifəsindən ayrılıb.
Bu məlumatı Bizim.Media-ya açıqlamasında mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov deyib.
Xatırladaq ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilərək mülki vəzifəyə təyin edilmişdi.
Bizim.Media