Daha bir vəzifəli şəxs həbs edildi 

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha bir direktor həbs edildi – Rüşvət alıb


Bildirilib ki, belə tədbirlərdən biri kimi Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmiş Xələfzadə İbrahim Etibar oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın həmin məhkəmədən daxil olmuş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla qeyd edilən vəzifədə işləyərkən İbrahim Xələfzadənin məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsinə köməklik göstərilməsi barədə yalan vəd verərək həmin şəxslərin yaxın qohumundan 2020-ci ilin may-noyabr ayları ərzində Bakı şəhərində müxtəlif ünvanlarda ümumilikdə 80 min manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etməsinə, eləcə də qeyd olunan hərəkətləri etməklə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

 

12 fevral 2021-ci il tarixdə Xələfzadə İbrahim Etibar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Hörmüz boğazını keçmək istəyən Cənubi Koreya gəmisini vurdu

İran Hörmüz boğazını keçmək istəyən Cənubi Koreya gəmisini vurdu

Yeni 18+ Tiktok serialları Netflixi necə KÖLGƏDƏ QOYDU?

Yeni 18+ Tiktok serialları Netflixi necə KÖLGƏDƏ QOYDU?

İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla ÇIXIŞ EDİRLƏR

İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla ÇIXIŞ EDİRLƏR

İrandan BƏƏ-yə HÜCUM: dörd qanadlı RAKET atdı

İrandan BƏƏ-yə HÜCUM: dörd qanadlı RAKET atdı

İlham Əliyev Ciorcia Meloni ilə geniş tərkibdə görüşüb - FOTO

İlham Əliyev Ciorcia Meloni ilə geniş tərkibdə görüşüb - FOTO

Yol polisi Bakıda reyd keçirdi - VİDEO

Yol polisi Bakıda reyd keçirdi - VİDEO

Kürdəmirdə FACİƏ: Yanacaq balonu partladı, ölən var

Kürdəmirdə FACİƏ: Yanacaq balonu partladı, ölən var

Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi

Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi

Dəhşətli İSTİLƏR gəlir – Həyəcan TƏBİLİ

Dəhşətli İSTİLƏR gəlir – Həyəcan TƏBİLİ

Bir "plastik cərrah" barədə protokol TƏRTİB EDİLDİ

Bir "plastik cərrah" barədə protokol TƏRTİB EDİLDİ

Meloni: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır

Meloni: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır

İlham Əliyev Corcia Melonini belə qarşıladı – VİDEO

İlham Əliyev Corcia Melonini belə qarşıladı – VİDEO

Parlament Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair AÇIQLAMA YAYDI

Parlament Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair AÇIQLAMA YAYDI

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir - FOTO

Bu rayonun 4 kəndində QAZ OLMAYACAQ

Bu rayonun 4 kəndində QAZ OLMAYACAQ

İsti suya görə ödəniş necə hesablanacaq? – Sayğacı olmayanlar üçün YENİ QAYDA

İsti suya görə ödəniş necə hesablanacaq? – Sayğacı olmayanlar üçün YENİ QAYDA

Prezidentin bugünkü Zirvə toplantısındakı çıxışından VİDEOÇARX

Prezidentin bugünkü Zirvə toplantısındakı çıxışından VİDEOÇARX

İstilik xətlərinin çəkilməsi bu qurumlarla razılaşdırılacaq — Siyahı

İstilik xətlərinin çəkilməsi bu qurumlarla razılaşdırılacaq — Siyahı

İstilik mövsümü bu rayonlarda 1 noyabrda başlayacaq – QƏRAR

İstilik mövsümü bu rayonlarda 1 noyabrda başlayacaq – QƏRAR

Paşinyan sammitdə iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirdi

Paşinyan sammitdə iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirdi

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib - FOTO

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib - FOTO

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində YENİ TƏYİNAT - FOTO

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində YENİ TƏYİNAT - FOTO

Sel və daşqın olacaq – Əhaliyə ÇAĞIRIŞ

Sel və daşqın olacaq – Əhaliyə ÇAĞIRIŞ

End of content

No more pages to load

RADİO