Daxili işlər orqanlarının əməkdaşları vaksinasiya prosesinə cəlb edilib.
Bizim.Media xəbər verir ki, polis əməkdaşlarının peyvəndlənməsi Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalında həyata keçirilir.
Könüllülük əsasında başlanan peyvəndləmə prosesinə hələki paytaxtda start verilib.
Qeyd edək ki, yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Hazırda 65 yaşdan yuxarı şəxslər vaksinasiya prosesinə cəlb edilir.
Alçina Amilqızı, Bizim.Media