Rəsmi şəxslər Nardaranda olublar

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Nardaran qəsəbəsində olub, qəsəbənin “Rəhimə xanım”x9d ziyarətgahında bir qrup dindar və ağsaqqallarla görüşüblər.

Komitənin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də iştirak etdiyi görüşdə qəsəbədəki məscidlərdə dini fəaliyyətin təşkili və dini icmanın yaradılması istiqamətində məsələlər müzakirə olunub.
 
Görüşdə bildirilib ki, Nardaran qəsəbəsinin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli prezident İlham Əliyevin diqqət mərkəzindədir və aidiyyəti qurumlar bu istiqamətdə bütün lazımi tədbirləri görürlər. Eyni zamanda qeyd edilib ki, respublikanın bütün bölgələrindəki məscidlər kimi, Nardarandakı məscidlər də qanun çərçivəsində fəaliyyət göstərməlidir. Bunun üçün qəsəbədə dini icmanın yaradılmasına və məscidlərin fəaliyyətinə, eləcə də dini maarifçilik işinin aparılmasına hər cür kömək göstəriləcək.
 
Nardarandakı məscidlərin qanun çərçivəsində fəaliyyət göstərməsinə tərəfdar olduqlarını deyən qəsəbədəki Cümə məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Musa Qasımov və digər ağsaqqallar bu məqsədlə əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, dini icmanın yaradılması işinə artıq başlanılıb. Görüşdə dini icmanın yaradılması prosesinin qısa vaxtda başa çatdırılması, dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunması və növbəti mərhələdə icma üzvləri ilə görüş keçirilməsi qərara alınıb. Həmçinin, Nardaran ağsaqqallarını maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bookline” layihəsinin ilk podkastı yayımlandı – VİDEO

“Bookline” layihəsinin ilk podkastı yayımlandı – VİDEO

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

Bakıda yağışlı havada baş verən qəzanın ANBAAN VİDEOSU

Bakıda yağışlı havada baş verən qəzanın ANBAAN VİDEOSU

Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

Azərbaycan və Ermənistan XİN başçıları arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Azərbaycan və Ermənistan XİN başçıları arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Dörd BÜRCÜN həyatı baharın gəlişi ilə əbədi dəyişəcək: şanslılar kimlərdir?

Dörd BÜRCÜN həyatı baharın gəlişi ilə əbədi dəyişəcək: şanslılar kimlərdir?

Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi – VİDEO

Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi – VİDEO

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Xınalığa da qar yağır – FOTO/VİDEO

Xınalığa da qar yağır – FOTO/VİDEO

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var - VİDEO

Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var - VİDEO

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTIB

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTIB

Yer fıstığı ilə bağlı yeni maraqlı FAKT: Poladdan 200 dəfə daha möhkəm...

Yer fıstığı ilə bağlı yeni maraqlı FAKT: Poladdan 200 dəfə daha möhkəm...

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Hörmüz boğazı BAĞLANDI

Hörmüz boğazı BAĞLANDI

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

End of content

No more pages to load

RADİO