Dünya üzrə mutasiyaların sayı artır. Onlar toplandıqca, virusun xüsusiyyətləri dəyişir.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, yeni ştammlar indiki vaksinlərə tabe olurlar:
“Gələcəkdə necə olacağını demək çətindir. Əgər dünyada hər kəs peyvəndlənsə, xəstəlik sönəcək”.
T.Eyvazov əlavə edib ki, bugünkü peyvəndlər təsirli olmasa, yeni vaksinlərin hazırlanması labüd ola bilər.
Bizim.Media