Xankəndini Ermənistanla birləşdirən alternativ yollar varmı? – Ekspertdən AÇIQLAMA

Son günlərdə sosial şəbəkələrdə Xankəndini Ermənistana birləşdirən alternativ yolun mövcudluğu iddiaları müzakirə olunur. Belə ki, ehtiyatda olan polkovnik Azay Kərimov sözügedən məsələyə diqqət çəkib.

“Xankəndinin arxa tərəfindən çıxan maşın yolu birinci Kərcicahan kəndinə çıxır, 1 kilometrdən sonra Xəlifəli, sonra Şirlan kəndi gəlir. Şirlan kəndindən çıxan kimi isə 2 yol ayrımı var. Sağa Laçının Arduştuvə Minkəndinə oradan da Laçına çıxır.

Sol tərəfə burulanda Laçının Fingə kəndinə, oradan da 500 metrdən sonra Xankəndi Laçın dəhlizinə – şüşə kimi asfalt yola çıxırsan. Yəni Turşu (Lisaqor) kəndinin alt hissəsinə, hal-hazırda etirzçılarımızın dayandıqları yerdən 60 kilometr arxalarına”, - deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Qarabağda qanunsuz hərbi hissələri - FOTOFAKT


Həmin yol vasitəsilə Xankəndi-Ermənistan kommunikasiyasının qurula biləcəyini qeyd edən polkovnik əlavə edib ki, Laçın yolunda aksiya başladıqdan sonra separatçılar Xankəndiyə bu yolla gedib-gəlirlər.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Bizim.Media ilə fikirlərini bölüşüb.

Ekspert qeyd edib ki, Laçın yoluna alternativ ola biləcək torpaq yolun mövcudluğu barəsində məlumatı hələ 2021-ci ilin sentyabrında ictimaiyyətə açıqlayıb:

“Bundan əlavə, həmin yol üzərində elə bu gün də erməni silahlılarının mövqeləri yerləşir. Yəni, Şuşadan üzü Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan kəndlər istiqamətində baxan hər bir şəxs belə torpaq yolların mövcudluğunu görə bilər. Amma mən düşünmürəm ki, Azərbaycanın güc strukturları belə bir önəmli məsələni diqqətdən kənarda saxlasınlar.

Əlbəttə, mənim özümdə də Qarabağla Ermənistanın hər hansı bir şəkildə əlaqənin olmasına dair müəyyən şübhələr var. Lakin bunun sırf torpaq yollarla əlaqəli olmasına inana bilmirəm. Çünki həmin torpaq yolları vaxtilə Şuşadan izləmişəm. Yarım saat ərzində ordan bir UAZ və bir minik avtomobili hərəkət edib.

Digər tərəfdən, bu gün Azərbaycanın əlində bu qədər PUA və peyklərimiz var. Belə olan halda bizim ermənilərin alternativ yolla Ermənistanla əlaqəsinin olmasını dövlət olaraq aşkarlaya bilməməyimizi düşünmək belə istəmirəm.

Azərbaycan əgər İrandan gələn 27 diversantın şəxsiyyət vəsiqəsini on dəqiqə sonra əldə edə bilirsə, necə ola bilər ki, Ermənistanla Qarabağın əlaqəsini aşkarlaya bilmir?

Ola bilsin ki, Rusiya sülhməramlıları məhdud şəkildə bu əlaqəni təmin edirlər. Bu, mümkün ehtimaldır. Bəlkə də, bəzi separatçılar xəstə adı ilə helikopter vasitəsilə Ermənistandan Xankəndinə gəlirlər. Variantlar çoxdur, amma biz inanmalıyıq ki, bütün bunlar dövlətin nəzarəti altındadır”.

Ədalət Verdiyevin sözlərinə görə, separatçıların etirazçıların arxa tərəfindən hərəkət etməsi kimi iddialar reallığı dəyişmir:

“Təbii ki, həmin torpaq yollarla hərəkət edənlərin qarşısını indi heç kim almır. Separatçı qurum tək aksiya keçirilən ərazi xaric, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə istədikləri kimi hərəkət edirlər. Odur ki, bu məsələləri bir-birinə qatmamalıyıq.
Ekoloji fəallar ərazidə yolu bağlamaq üçün toplanmayıblar, onların bəlli məqsədləri var. Aksiya Ermənistanla Xankəndinin əlaqəsini kəsmək məqsədi daşımır. Əgər biz bunu istəsəydik, Ermənistanla sərhəddə nəzarət məntəqəmizi qurub, gələnə də, gedənə də nəzarət edə bilərik”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur

Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

İsrail prezidenti Livana avtomobillə getməyi arzulayır

İsrail prezidenti Livana avtomobillə getməyi arzulayır

Daha bir xəstəxananın direktoru İŞDƏN ÇIXDI

Daha bir xəstəxananın direktoru İŞDƏN ÇIXDI

HAVAYA həssas olan insanların DİQQƏTİNƏ!

HAVAYA həssas olan insanların DİQQƏTİNƏ!

"Plastik əməliyyatla əzaları böyütmək görməmişlikdir"

"Plastik əməliyyatla əzaları böyütmək görməmişlikdir"

ABŞ bu ölkəyə DOLLAR axınını dayandırdı

ABŞ bu ölkəyə DOLLAR axınını dayandırdı

Bakıda bəzi yollar bu gecədən BAĞLANACAQ

Bakıda bəzi yollar bu gecədən BAĞLANACAQ

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Bakıda sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

Bakıda sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

BARAT YUSUBOV vəzifəsindən azad ediləndən sonra MÜAVİNİ də ərizəsini yazdı

BARAT YUSUBOV vəzifəsindən azad ediləndən sonra MÜAVİNİ də ərizəsini yazdı

Şəhid Azər Mühübəli oğlu Burziyevin anım günüdür - FOTO

Şəhid Azər Mühübəli oğlu Burziyevin anım günüdür - FOTO

İran Trampın hədəfdə olduğu VİDEO yaydı

İran Trampın hədəfdə olduğu VİDEO yaydı

Hərbi xidmətdən yayınmaya görə CƏZALARA yenidən baxılacaq

Hərbi xidmətdən yayınmaya görə CƏZALARA yenidən baxılacaq

Xəzər dənizinə NAMƏLUM OBYEKT düşdü

Xəzər dənizinə NAMƏLUM OBYEKT düşdü

Bakıda hərbi hüquqşünaslarının işgüzar görüşü keçirildi - FOTO

Bakıda hərbi hüquqşünaslarının işgüzar görüşü keçirildi - FOTO

End of content

No more pages to load

RADİO