"Apteçkamızın dünyada analoqu yoxdur, bircə "medsestra" yaddan çıxıb"

Avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı başladılacaq reydlər haqqında yayılan məlumatlar geniş müzakirəyə səbəb olub. İnsanlar xüsusilə də tibbi yardım çantası üçün tələb olunan dava-dərmanın çoxluğundan narazıdırlar. Qeyd edək ki, tibbi yardım çantasında travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər; qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vəsaitlər; özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlaman üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut, ürək ağrılarına qarşı vəsaitlər; kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr; qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər olmalıdır.xa0

Moderator.az mövzu ilə bağlı avtomobili olan tanınmış jurnalistlər arasında sorğu keçirib, onlara "Sizcə avtomobildəki tibbi yardım çantasında bu qədər dava-dərman olmalıdırmı?" sualı ilə müraciət edib.xa0

Cavabları təqdim edirik:
xa0
Ramilə Qurbanlı: "Bu siyahıdakıları almaq üçün bir aylıq maaş gedir-bu heç, aldıq, qoyduq maşına. Bunların hər birinin hansı halda və necə istifadə olunduğunu bilmək üçün gərək tibb kursuna da gedək, ya da ki, maşına bir həkim də alıb qoyaq. Yeri gəlmişkən, mən aspirindən çox ayağı isti suya qoymağa üstünlük verərdim, deyirəm bəlkə maşına "ariston" qoyduraq?"

İlham Quliyev: "Hər bir avtomobildə tibbi yardım çantasının olması vacibdir. İndiyə kimi də qanunvericilikdə belə bir tələb var idi. Avtomobillər texniki baxışdan keçəndə də apteçka tələb edilirdi. İndi sadəcə, buna nəzarət gücləndirilir. Bu baxımdan yol polisinin tələbi normal qarşılanmlıdır. Amma tibbi yardım çantası üçün tələb olunan dərmanların, tibbi vasitələrin sayının çox olması bir az təəccüb doğurur. Məncə, bu siyahıya yenidən baxılmasına, siyahının bir az kiçildilməsinə ehtiyac var. İlk növbədə dünyanın inkişaf etmiş ölkələrinin bu sahədəki təcrübəsi öyrənilməlidir. Baxmaq lazımdır ki, tutaq ki, Avropa ölkələrində tibbi yardım çantasında hansı dərmanlar tələb olunur. Son günlər sosial şəbəkəlrdə də bu mövzu ilə bağlı ciddi narazılıq dalğası müşahidə olunmaqdadır. Məncə, DYP bu narazılıqlara reaksiya verməli, suallara aydınlıq gətirməlidir. Ən azından, dərman sayının niyə bu qədər çox olması əsaslandırılmalıdır".

Mirmehdi Ağaoğlu: "Son xa0vaxtlar baş verən hadisələrə diqqət kəsiləndə görürsən ki, biz hamımız mənəviyyatımızı, ədalət hissimizi xa0itirmişik. Əgər əvvəllər ədalətsiz adamlar ətrafımızda tək-tük idisə və biz onları asanlıqla ayırd edə bilirdiksə indi özümüz qarışıq dövlət də, xalq da, insanlar da ədalətsizləşib. Ədaləti 50 qəpiyə belə satmağa hazırıq. Bu çox böyük problemdir. Ona görə yaxşı, mütərəqqi bir hadisə olanda belə görürsən ki, kimsə bunu öz mənfəəti üçün edib. Ona görə də adamın ürəyinə sinmir. Olsun ki, dünyanın hər yerində apteçkaya da, qəza-durma nişanına ehtiyac var, avtomobildə vacibdir. Amma gəlin baxaq görək Almaniyadakı apteçkanın, nişanın keyfiyyəti necədir, bizdə dəsti 35-40 manata olan apteçkanın nişanın keyfiyyəti necə. Bu açıq şəkildə insanları dolamaq, ələ salmaqdır. Bax ona görə də bizdə xeyirxah xa0qanunlar xa0da xeyrə vəsilə olmur. Çünki onlar xalq xeyir vermək üçün, vətəndaşların xa0qeydinə qalmaq üçün xa0yox, insanları talamaq, ciblərinə girmək üçün tətbiq edilir".xa0


Elşad Məmmədli: "Məncə apteçka ilə bağlı yayımlanan siyahı əslində savadsızlığın nəticəsidir. Dövlət Yol Polisi də açıqlama verdi ki, bu, suni ajiotajdır".

Hafiz Heydərov: "Məncə bu qədər dava-dərmana ehtiyac yoxdur. İlkin tibbi yardim üçün tələb olunan bir neçə preparat oldu kifayət edər. Məsələn bint, yod, ağrıkəsici ürək dərmanı və sairə. Bundan başqa bu məsələ ətrafında bu qədər təlaş yaratmağa ehtiyac yoxdur. Kim deyirsə ki yanvarın 1-dən polis bununla bagli reydlərə başlayıb, yalan deyir. Polis bununla bağlı heç bir reyd keçirmir. Sadəcə hər zaman yol polisi hansısa sürücünü saxlayanda bu şeylərin olub-olmadığını soruşur. Əvvəllər buna görə cərimə yazmırdılar, sürücüyə xəbərdarlıq edilirdi və buraxılırdı. İndi isə cərimə yazırlar. Cərimənin qiyməti də 5 manatdır".xa0
xa0
Elçin Bayramlı: "Dünyada analoqu yoxdur. Yalnız bir çatışmazlığı var, "medsestra" yaddan çıxıb".xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Cəlilabadda ev yanaraq kül oldu

Cəlilabadda ev yanaraq kül oldu

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

"Şərab müharibəsi"nin qalibi o oldu

"Şərab müharibəsi"nin qalibi o oldu

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

End of content

No more pages to load

RADİO